Ermənistanın baş naziri Nikol Paşinyan Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyadadır. Ajans.az xəbər verir ki, erməni baş naziri səfərdə müdafiə naziri Suren Papikyan da müşaiyət edir.
Papikyan artıq digər ölkələrdən olan həmkarları ilə müzakirələr aparıb.
Qeyd edək ki, Suren Papikyan bu yaxınlarda Hindistana da səfər edib, amma təfərrüatlar açıqlanmayıb. Bunların hamısı Ermənistanın müharibəyə hazırlaşdığını güman etməyə əsas verir.