CİMMİ KARTER 100 YAŞINDA
Oktyabrın 1-də Cimmi Karterin 100 yaşı tamam oldu.
Karter tarixdə bu yaşa çatmış ilk Amerika prezidentidir.
O, həm də xəstəxanada doğulmuş ilk ABŞ prezidentidir.
Onun səyləri nəticəsində Misir və İsrail arasında Kemp-Devid Sülh müqaviləsi (1978) imzalandı.
Bu fəaliyyətinə görə Karter Nobel Sülh mükafatına (2002) layiq görüldü.
Sovet Ordusunun Əfqanısatan girməsinə cavab olaraq Karter SSRİ-yə sanksiyalar tətbiq etdi, 1980 Moskva Olimpiadasını boykot etdi.
O dövrün insanları xatırlayacaqlar, Bakı məktəblərinin şagirdlərinə Olimpiadaya yardım üçün butulka gətirilməsini əmr etmişdilər.
Müəllimlər nə qədər təzyiq etsə də bir butulka belə gətirmədim məktəbə…
Məhz Karterin prezidentliyi dövründə Sovet sistemi çat-çat çatlamağa başladı və qısa bir zaman içində də dağılıb getdi.
Tarixçilər Karter və onun Dövlət katibi Zbiqnev Bzejinskinin Soveti yıxan əsas insanlar olaraq görürlər…
Cimmi Karter peşəkar hərbiçidir, elitar Hərbi Dəniz Akademiyası məzunudur.
Doğum günündə də ailəsi Karteri qoca arabasında Plains şəhərindəki evinin həyətinə çıxardılar ki, eks-prezident hərbi təyyarələrin uçuşunu seyr etsin.
Amerikan tarixinin ən yaraşıqlı prezidentlərindən sayılan Karterin əldən-ayaqdan düşmüş acınacaqlı görüntüsü milyonlarla insanın ürəyini sancdı.
100 yaşındakı bir insanın bu görüntüsü ağlıma “Bir insana 100 yaşa demək nə dərəcədə yaxşı diləkdir?” sualını gətirdi.
Mən dostlarıma adətən “Yaxşı və uzun yaşa” arzulayıram.
Zənnimcə, bu daha uyğun diləkdir.
Yaxşı yaşayın, uzun və sağlıqlı yaşayın!
https://t.me/ibrahim_nebioglu

 

Bölmənin digər xəbərləri

06 Oktyabr 2024 XİN bəyanat yaydı
06 Oktyabr 2024 “Gürcü arzusu”nun Gürcüstanı və ya yenidən Rusiyanın orbitinə qayıdış
05 Oktyabr 2024 Aİ bu ölkə rəhbərliyi ilə görüşləri dayandırdı
05 Oktyabr 2024 Yaponiya Asiya NATO-su yaratmaq istəyir
04 Oktyabr 2024 Pezeşkiandan Səudiyyə Ərəbistanına: “İsrailə qarşı birləşək”
04 Oktyabr 2024 Paşinyandan Makrona: Sülh sazişi imzalamağa hazırıq!
03 Oktyabr 2024 Ermənistan qarşısında iki TƏLƏB! - Prezidentdən MÜHÜM MESAJLAR
03 Oktyabr 2024 Rusiya XİN nümayəndəsi Qarabağda baş konsulluğun açılması barədə danışıb
02 Oktyabr 2024 Bu il sülh müqaviləsinin imzalanması mümkündür - ÇÜNKİ...
01 Oktyabr 2024 Avrop İttifaqı Livandakı vəziyyətlə bağlı BMT-nin təcili iclasını tələb edib
01 Oktyabr 2024 NATO Ukraynada sülh üçün şərtini açıqlayıb
30 Sentyabr 2024 Bakı ABŞ-ın ən qəliz planını pozmağı bacardı: Ağ Ev indi Paşinyana Rusiya qadağası qoymağa məcburdur
30 Sentyabr 2024 “Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır” - Prezident
30 Sentyabr 2024 Ermənistan və Fələstin diplomatik əlaqələr qurur
30 Sentyabr 2024 Prezident İlham Əliyevin BPA-nın 29-cu İllik Konfransının iştirakçılarına müraciəti - TAM MƏTN
29 Sentyabr 2024 Şimal Kipr prezidenti: "Bakı ilə əməkdaşlığımız son vaxtlar daha da möhkəmlənib"
29 Sentyabr 2024 Xarici işlər naziri: "Azərbaycan 2020-ci ildən bəri 140-dan çox ölkəyə yardım edib"
28 Sentyabr 2024 BMT-də Ermənistanın sürətli silahlanması diqqətə çatdırıldı
28 Sentyabr 2024 İranla Türkiyəni üz-üzə qoyacaq razılaşma: Pezeşkian ilk həmləsini etdi
28 Sentyabr 2024 Livanda atəşkəslə bağlı danışıqlar davam etdiriləcək - Netanyahu

Dünyapress TV

Xəbər lenti