İstanbulu fəth edən Fatih Sultan Mehmet riyaziyyat, fizika, astronomiya və 6 xarici dil bilirdi. İstanbulu xilas edən Atatürk riyaziyyat, geomet (həndəsə), fəlsəfə və 6 xarici dil bilirdi. Onları irəli Elm apardı… 6 oktyabr İstanbulun qurtuluş günüdür. Böyük Britaniya, Fransa və Rusiya əsgərlərindən ibarət İttifaq orduları 4 oktyabr 1923 tarixində Dolmabahçe Sarayının önündə Türk Bayrağını salamlayaraq İstanbulu tərk etdilər. Oktyabrın 6-da isə Şükrü Naili Paşa komandanlığındakı 3-cü Korpus İstanbula girdi və şəhər 4 il 10 ay sürən işğaldan azad edildi… https://t.me/ibrahim_nebioglu TEREF