Ən çox maaş alan prezidentlər, Baş nazirlər məlum olub.
TEREF lent.az-a istinadən bildirir ki, ən çox maaşı Sinqapur Baş naziri Lourens Vonq alır.
Lourens Vonqun illik maaşı 1,69 ilyon dollardır. İkinci yerdə 569,5 min dollarla İsveç Prezidenti Viola Amxerd, üçüncü yerdə 412,5 min dollarla Avstraliya Baş naziri Entoni Albaniz gəlir.
ABŞ Prezidenti Co Bayden illik 400 min dollar maaşla dördüncü yerdədir. Beşinci yerdə 316,7 min dollarla Avstriya kansleri, altıncı yerdə 310,5 min dollarla Yeni Zelandiya Baş naziri Kristofer Lakson, yeddinci yerdə 310 min dollarla Kanada Baş naziri Castin Tryudo qərarlaşıb.
Almaniya kansleri Olaf Şolts illik 293,3 min dollar əməkhaqqı ilə səkkizinci yerdədir. Doqquzuncu yerdə 276,4 min dollar maaşla Yaponiya Baş naziri Siqeru İsiba, onuncu yerdə 267,3 min dollarla İrlandiya BAŞ NAZİRİ Saymon Harris gəlir.
İran komandanlığı İranın İsraillə birbaşa qarşıdurmaya girməsi halında bir neçə fəaliyyət planı hazırlayıb. TEREF “Tasnim”ə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Hərbi Dəniz Qüvvələrinin komandanı kontradmiral Əlirza Tanqsirib bildirib.
O bildirib ki, İsrailin Baş naziri Binyamin Netanyahu “odla oynayır” və bununla əlaqədar İran hərbçiləri bir sıra təlimlər keçiriblər. Tanqsirib qeyd edib ki, hərbçilər İsrailin mümkün hərəkətlərinə tam hazırdırlar, bununla belə İranın cavab formaları və əks-zərbələri İsrail tərəfinin nə edəcəyindən asılı olacaq.
“İranın İsraildəki hədəflər siyahısı var və “Həqiqi vəd 2” əməliyyatı sübut edib ki, biz istədiyimiz hər yeri əsasından dağıda bilərik”, – mənbə vurğulayıb. /modern.az