ABŞ-yə “yox”, Rusiyaya “HƏ”: Çinin güddüyü məqsədlər - TƏHLİL
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Çinlə strateji əlaqələrini vurğulamaq, Ukraynadakı müharibəni və Asiya-Sakit okean regionundakı vəziyyəti müzakirə etmək üçün Çinə səfər edib.
Lavrovun Çinə yollanmasının böyükölçülü aspekti Rusiya-Ukrayna müharibəsinin fonunda yaranan qlobal gərgin münasibətlərlə əlaqəlidir.
Hərçənd ki, Lavrovdan əvvəl ABŞ-nin maliyyə naziri Canet Yellen Çinə səfər edərək müzakirələr aparıb və iki rəqib ölkənin dil tapmasına çalışıb.
Lavrovun səfərindən sonra isə Yellen Çini Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına maddi dəstək göstərəcəyi təqdirdə sanksiyalarla hədələyib.
Əgər ortada gizli bir razılaşma yoxdursa və ABŞ ilə Çin arasındakı rəqabətə əlavə süni fon verilmirsə, onda deyə bilərik ki, Pekin Vaşinqtonun masaya qoyduğu materialları dəstəkləmir.
Əvəzində Çin Rusiyanın sıxışan vəziyyətindən və beynəlxalq təcridə məruz qalmasından istifadə edib onu öz ağuşuna çəkir. Çünki Moskvanın beynəlxalq təcridinin dərinləşməsi ilə Çinin nüfuzu daha da artır.
Lavrovun səfərindəki məqsədlərin toplusu da Rusiyanın Çindən daha böyük dəstək ummasına əsaslanır. Yəni indi qarşılıqlı maraqlar olsa da, Çin Rusiyaya ən azından üç səbəbə görə daha çox ehtiyac duyur.
Birincisi, Rusiya ona tətbiq edilən sanksiyalarla beynəlxalq iqtisadi izolyasiyaya salındığından alternativ bazarlar axtarır. Alternativ bazarlar platformasında Çinin xüsusi rolu var.
İkincisi, Moskva Ukraynada apardığı hərbi kampaniyada Çindən əhəmiyyətli hərbi-texniki dəstək gözləyir.
Üçüncüsü, Rusiya Çinin ekspansiyasının geosiyasi əsaslarından faydalar alıb məsuliyyəti Pekinlə bölüşmək istəyini göstərir.
Bunlar ABŞ üçün həyəcan siqnalıdır, çünki o, Çinin Şərqdəki regionlardan tutmuş Avropaya doğru uzanan xətt boyunca nəhəng maraqlarında Rusiyaya pay verəcəyini düşünür.
Bu səbəbdən bəla qənaətə gəlmək olar ki, Rusiyanın baş diplomatı Sergey Lavrov Çindən ala biləcəyi “bəxşiş”ləri aydınlaşdırmağı qarşıya məqsəd qoyur.
Böyük ehtimalla, Çin Rusiyaya kritik yardımlar göstərsə və geosiyasi bölgüdə Kremlin maraqlarını nəzərə alsa, Moskva Pekinə Mərkəzi Asiya, Arktika, Cənubi Qafqaz regionlarında birgə hərəkət etməyi təklif edəcək.
Amma Çinin doktrinası daha ehtiyatlı və iddialıdır, Pekin indi spesifik genişlənmə siyasəti ilə bütün bölgələrə əlini uzadır.
Bununla Pekinin məqsədi həqiqi müttəfiqlər taparaq Qərbə, elə yeri gələndə də Rusiyaya təzyiqlər tətbiq etmək və əldə edə biləcəyi nəticələri şişirtməkdən ibarətdir.
Bu, bəlkə də, Çinin nəzərində uzunmüddətli bir proqramdır, cari vəziyyətdə isə Pekin Rusiyaya dəstəkdə maraqlı tərəf kimi çıxış edir.
Çinin Rusiyaya dəstəyi NATO-nun Ukraynaya qoşun göndərə bilməsi ilə əlaqədar Moskvada yaranan həyəcanı basdırır.
Hərçənd ki, hələ nə NATO Ukraynaya qoşun yollamaq fikrindədir, nə də Çinin Moskvaya əhəmiyyətli hərbi dəstəyi barədə dəqiq informasiyalar mövcuddur.
Hər halda, Lavrovun səfəri və ABŞ ilə Çin arasında artan narazılıqlar fonunda qarşıdakı aylarda qlobal rəqabətin daha təhlükəli olacağı gözləniləndir.
Aqşin Kərimov
TEREF
 
 
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 Paşinyan: "İlin sonuna qədər Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəyəm"
23 Noyabr 2024 “Putin “sülh trayektoriya”sına çıxmaq üçün təmaslara açıqdır“ - Kreml
22 Noyabr 2024 Orban: "500 illik Qərb hökmranlığı sona çatdı, qarşıdan Avrasiya əsri gəlir"
22 Noyabr 2024 Rusiyanı qoruyan “əl” geri çəkildi: - Mövqelər sarsılıb, yeni hədəf odur
21 Noyabr 2024 Bu ölkədə hökumət istefaya göndərildi
21 Noyabr 2024 BMT Baş katibi Azərbaycana GƏLDİ
21 Noyabr 2024 Putin Trampla sülhü müzakirə etməyə hazırdır – Şərtləri açıqlandı
21 Noyabr 2024 Gürcüstanda gərginlik DAVAM EDİR – Qərbyönümlü müxalifət geri addım ATACAQ?
20 Noyabr 2024 Hakan Fidanla Blinken Cənubi Qafqazdakı vəziyyətdən danışdı
20 Noyabr 2024 Böyük Britaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
20 Noyabr 2024 Lula da Silva G20 sammitində görün nələr etdi!
20 Noyabr 2024 Si Cinpinin Putinə diplomatik dəstəyi Çini risklərlə üz-üzə qoyur
19 Noyabr 2024 Prezident təkrar seçki istəyir
19 Noyabr 2024 G20 sammiti başladı - Yeniləndi
18 Noyabr 2024 Trampın dövlət katibi - Marko Rubio dünyaya hansı gözlə baxır?
18 Noyabr 2024 Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
18 Noyabr 2024 “Zelenski G20 sammitinə dəvət olunmayıb”
17 Noyabr 2024 “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
16 Noyabr 2024 Abxaziya prezidenti müxalifətin tələbi ilə istefa verib
16 Noyabr 2024 İsrail prezidentinin Azərbaycana gələcəyi tarix açıqlandı

Dünyapress TV

Xəbər lenti