Rusiya türk ölkələrindən mədəd umur? - İNCƏLƏMƏ
Azərbaycan Türkiyə və Rusiya arasında üçtərəfli əməkdaşlığın möhkəmlənməsi Cənubi Qafqazın sabit regiona çevrilməsinə töhfə verə bilər.

Rusiya xarici işlər naziri Serqey Lavrov martın 2-də Antaliya Diplomatiya Forumunda çıxışı zamanı Azərbaycanla bağlı mühüm bəyanatlar səsləndirib.

Azərbaycanın xarici siyasət kursunun Rusiya tərəfindən yüksək qiymətləndirildiyini deyən S.Lavrov rəsmi Bakının heç bir anti-Rusiya layihəsində iştirak etmədiyini bildirib. "Bir şeyi açıq bildirim ki, Azərbaycan heç bir anti-Rusiya siyasətində və lahiyəsində heç bir zaman yer almayacaq. Bu bizə lazım olan ən vacib amildir". Rusiyanın XİN rəhbəri Rusiyanın Azərbaycan, Türkiyə və digər türk dövlətləri ilə ortaq tarixi bağlantıların olduğunu da vurğulayıb.

“Rusiyada çoxlu türk xalqları yaşayır. Bu baxımdan Azərbaycan türk dünyası istiqamətində prioritet siyasəti Rusiya Federasiyası üçün müsbət məqamdır.

Çünki türk dövlətləri vahid Avrasiya məkanında Rusiya üçün qardaş və müttəfiq dövlətlərdir”,-deyən S.Lavrov Azərbaycanın Rusiya üçün müttəfiq dövlət olduğunu da qeyd edib:

"Bu baxımdan biz müttəfiqlik münasibətlərinə uyğun olaraq Azərbaycanın maraqlarına, suverenliyinə hörmət edirik və öz siyasətimizdə bu amilləri nəzərə alırıq".

Serqey Lavrovun Antaliya Diplomatiya Forumunda Azərbaycanı regionun önəmli ölkəsi kimi təqdim etməsi regional sülh və təhlükəsizliyin möhkəmlənməsi istiqamətində Azərbaycan-Rusiya tərəfdaşlığının əhəmiyyətini daha da artırır.

Maraqlıdır, iki ölkə arasında tərəfdaşlığın müttəfiqliyə çevrilməsi üçün imkanlar varmı? Xüsusilə, Cənubi Qafqazda hər hansı gələcək təhlükələrin qarşısının alınması, regiondakı problemlərin həlli və regional proseslərin nizamlanmasına təkan verəcək Rusiya-Azərbaycan-Türkiyə əməkdaşlığına nə dərəcə ehtiyac var? Ən əsası da Türk Dövlətləri Təşkilatı ilə Avrasiya İqtisadi İttifaqı arasında vahid Avrasiya konsepsiyasına söykənən qarşılıqlı münasibətlərin qurulması və əməkdaşlığın inkişafı üçün ikitərəfli lazımi addımların atılmasının zamanı çatıbmı?

Məsələ ilə bağlı politoloq Elşən Manafov “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, regionda dayanıqlı sülh və sabitliyin bərqərar olması Azərbaycan, Türkiyə və Rusiyanın təhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlığın inkişafından asılıdır:

“2022-ci ildən bəri Azərbaycanın Rusiya ilə münasibətlərinin müttəfiqlik müstəvisinə keçməsi regionun geosiyasi konfiqurasiyasına təsir göstərməklə yanaşı, təhlükəsizliyin təmin olunmasına münasib şərait yaradıb. Azərbaycan regionda təhlükəsizliklə bağlı problemlərin məhz “3+2” formatı çərçivəsində həll olunması və bu model əsasında dövlətlərarası əməkdaşlığın möhkəmlənməsinin tərəfdarıdır. Azərbaycan regiondankənar ölkələrin proseslərə müdaxiləsinə qarşıdır. Təbii ki, bu format çərçivəsində region ölkələri arasında əməkdaşlığın qurulması Qərbin maraqlarına uyğun deyil. Buna görə də Qərb bu formatın reallaşmaması üçün Ermənistan üzərindən müxtəlif manevrlər etməklə regionda hərbi-siyasi vəziyyəti gərginləşdirməyə çalışır. Belə desək, ABŞ da, Fransa da, Avropa İttifaqı da Ermənistandan öz maraqlarını təmin etmək üçün siyasi alət kimi istifadə edir. Azərbaycanın Rusiya ilə münasibətləri Qərbi məmnun etmir. Qərbin təhdidlərinə baxmayaraq, rəsmi Bakı Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmayıb. Azərbaycan ilə Rusiya arasında diplomatik-siyasi, iqtisadi-ticari və enerji münasibətləri daha da inkişaf edib. Münasibətlərin şaxələnməsi digər sahələrdə də özünü göstərir. Azərbaycan logistik baxımdan da Rusiya üçün xüsusi əhəmiyyət kəsb edir”.

E.Manafov Türk Dövlətləri Təşkilatı ilə Avrasiya İqtisadi İttifaqı arasında qarşılıqlı əməkdaşlığın qurulmasını vacib hesab edib:

“Bu, həm geosiyasi anlamda əhəmiyyətlidir, həm də region ölkələri arasında iqtisadi-ticari münasibətlərin genişlənməsinə töhfə verə bilər. Qeyd edim ki, Mərkəzi Asiyanın türk dövlətləri, xüsusilə Qazaxıstan və Qırğızıstanın KTMT və Avrasiya İqtisadi İttifaqı daxilində Rusiya, TDT daxilində isə Azərbaycan və Türkiyə ilə münasibətləri var”.

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev də həmkarı ilə eyni fikirləri bölüşüb. A.Məsiyev qeyd edib ki, TDT ilə Aİİ arasında əməkdaşlıq potensialı kifayət qədər yüksəkdir:

“Cənubi Qafqazın sabit və təhlükəsiz regionuna çevrilməsi Türkiyə, Azərbaycan və Rusiyanın xarici siyasətində prioritet məsələ hesab olunur. Təəssüflər olsun ki, başda ABŞ olmaqla Qərb koalisiyası hər vəchlə Azərbaycan ilə Ermənistan arasında münaqişənin yenidən alovlanmasına çalışır. Məqsədi də gərginlikdən istifadə ilə Cənubi Qafqazda proseslərə müdaxilə etmək imkanı qazanmaqdır. Vaşinqtonun prinsipal strateji hədəfi Rusiyanın cənub cinahını bağlamaqdır. Bu baxımdan, ABŞ, o cümlədən Fransa Ermənistan üzərində Cənubi Qafqazda möhkəmlənməyə və təsir imkanlarını artırmağa can atır. Həm Vaşinqton, həm də Paris, həqiqətən Cənubi Qafqazın üç ölkəsini Rusiya ilə qarşıdurmaya sövq edir. Halbuki bu, ölkəmizin dövlət və milli maraqları ilə ziddiyyət təşkil edir. Azərbaycan heç vaxt Qərbin əlində alət olmayacaq. Azərbaycan müstəqil və balanslı xarici siyasətini bundan sonra da davam etdirəcək. Rusiya-Azərbaycan, həmçinin Rusiya-Türkiyə münasibətlərinin bugünki yüksək səviyyəsi Cənubi Qafqazda sülh, əmin-amanlıq və təhlükəsizliyin dayanıqlı olmasına müsbət təsir göstərəcək. Bu gün Moskva və Ankara Azərbaycanın regionun lider dövləti olduğunu qəbul edir. Moskvada çox yaxşı başa düşürlər ki, Rusiyanın İrana və Afrikanın cənub ərazilərinə, o cümlədən Türkiyəyə və oradan Şimali Afrikaya çıxış imkanları Azərbaycan-Rusiya münasibətlərinin inkişafından asılıdır. Ona görə də Cənubi Qafqazda sülh və sabitliyin olması Moskvanın maraqları üçün məqbuldur. Onu da əlavə edim ki, Azərbaycan və Türkiyənin Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq etmək potensialı var. Rusiya da geostrateji təhlükəsizlik baxımından Türk Dövlətləri Təşkilatı ilə münasibətlər qura bilər”.
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 Paşinyan: "İlin sonuna qədər Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəyəm"
23 Noyabr 2024 “Putin “sülh trayektoriya”sına çıxmaq üçün təmaslara açıqdır“ - Kreml
22 Noyabr 2024 Orban: "500 illik Qərb hökmranlığı sona çatdı, qarşıdan Avrasiya əsri gəlir"
22 Noyabr 2024 Rusiyanı qoruyan “əl” geri çəkildi: - Mövqelər sarsılıb, yeni hədəf odur
21 Noyabr 2024 Bu ölkədə hökumət istefaya göndərildi
21 Noyabr 2024 BMT Baş katibi Azərbaycana GƏLDİ
21 Noyabr 2024 Putin Trampla sülhü müzakirə etməyə hazırdır – Şərtləri açıqlandı
21 Noyabr 2024 Gürcüstanda gərginlik DAVAM EDİR – Qərbyönümlü müxalifət geri addım ATACAQ?
20 Noyabr 2024 Hakan Fidanla Blinken Cənubi Qafqazdakı vəziyyətdən danışdı
20 Noyabr 2024 Böyük Britaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
20 Noyabr 2024 Lula da Silva G20 sammitində görün nələr etdi!
20 Noyabr 2024 Si Cinpinin Putinə diplomatik dəstəyi Çini risklərlə üz-üzə qoyur
19 Noyabr 2024 Prezident təkrar seçki istəyir
19 Noyabr 2024 G20 sammiti başladı - Yeniləndi
18 Noyabr 2024 Trampın dövlət katibi - Marko Rubio dünyaya hansı gözlə baxır?
18 Noyabr 2024 Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
18 Noyabr 2024 “Zelenski G20 sammitinə dəvət olunmayıb”
17 Noyabr 2024 “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
16 Noyabr 2024 Abxaziya prezidenti müxalifətin tələbi ilə istefa verib
16 Noyabr 2024 İsrail prezidentinin Azərbaycana gələcəyi tarix açıqlandı

Dünyapress TV

Xəbər lenti