Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiyaya səfər edəcək.
Bu barədə Qazaxıstan PA - "Aqorda" məlumat yayıb.
O, Kazanda keçiriləcək “Gələcək Oyunları” beynəlxalq turnirinin açılış mərasimində iştirak etmək üçün fevralın 21-də Rusiya Federasiyasına işgüzar səfərə gedəcək.
Tədbirdə Belarus, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçıları ilə yanaşı, bir sıra digər dövlətlərin nümayəndələrinin də iştirak edəcəyi gözlənilir.