ABŞ dövlət katibi Entoni Blinken Türkiyə, Yunanıstan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, İordan çayının qərb sahili və Misirə səfər edəcək.
Bu barədə Dövlət Departamenti məlumat yayıb.
Səfər 4-11 yanvar tarixlərini əhatə edəcək.
Görüşlər zamanı İordan çayının qərb sahili və Qəzzada mülki insanların təhlükəsizliyi əsas vurğulanacaq.
Həmçinin regiondakı gərginliyi azaltmaq üçün mexanizimlərin işlək olması müzakirə ediləcək.
Dövlət katibi ABŞ-nin Yaxın Şərqdə sülh üçün lazım olan şərtləri müəyyən etmək üçün tərəfdaşlarla sıx işləməli olduğunu irəli sürəcək.