Hazırda Misir tərəfinin prioriteti Qəzza zolağında atəşkəs və anklavın mülki əhalisinin qorunmasıdır.
APA TASS-a istinadən xəbər verir ki, bu sözləri Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisi amerikalı konqresmenlərlə görüşü zamanı deyib.
Prezident müstəqil Fələstin dövlətinin yaradılması yolu ilə problemin ədalətli və hərtərəfli həlli istiqamətində ciddi çalışmağın vacibliyini vurğulayıb.
Əbdülfəttah əs-Sisi bildirib ki, Misir fələstinlilərin öz ərazilərindən məcburi köçürülməsi yolu ilə Fələstin problemini aradan qaldırmaq cəhdlərini qəti şəkildə inkar edir.
O, həmçinin qeyd edib ki, Misirin hazırkı prioriteti atəşkəsə nail olmaq, mülki əhalini qorumaq və onlara humanitar yardım çatdırmaqdır: “Qəzzanın yaşadığı humanitar fəlakətin öhdəsindən gəlmək üçün kifayət qədər miqdarda yardımın çatdırılması vacibdir”.