İran Ekspertlər Məclisi Əli Xameneinin ölümündən sonrakı dövr üçün varis seçmək istiqamətində gizli fəaliyyət göstərir. Bunu məclisin üzvü Möhsün Məhəmmədi Əraki deyib. O, varislə bağlı seçimlərin gizli şəkildə aparılmasını onun həyatına qarşı sui-qəsd təhlükəsi ilə əlaqələndirib. Qeyd edək ki, bundan əvvəl Ekspertlər Məclisinin digər üzvü Rəhim Təvəkkül də oxşar fikir səsləndirərək, rəhbərlik üçün nəzərdə tutulan şəxslər barədə yalnız Əli Xameneinin özü ilə məsləhətləşmələr aparıldığını söyləyib. Axar.az