İrəvan Rusiya tərəfinin Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün Rusiyada keçirilməsi təklifini müzakirə edir.
Bu barədə Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan açıqlayıb.
Onun sözlərinə görə, hələlik konkret razılaşma yoxdur: "Müxtəlif təkliflər, müzakirələr var, amma hələlik konkret razılaşmalar yoxdur. İş qrafiki ilə bağlı çətinliklər olduğu üçün yalnız texniki tənzimləmə var. Erməni tərəfi heç bir təklifdən imtina etmir, iş aparılır".