Brüsseldə tərəflər sülh sazişi mətninin üzərində iş aparılması üçün bir ay müddətində işçi qruplarının yaradılmasına razılaşıb.
Bundan öncə yenə Brüsseldə eyni anlaşma əldə olunmuşdu, İrəvan heç bir praktiki addım atmadı. İndi məsələ yenidən gündəmdədir. Görünür, İrəvanın öhdəliyini yerinə yetirməsi müzakirə olunub və razı salınıb. Lakin Ermənistanın razılaşma ilə bağlı praktiki mərhələdə addım atacağı yenə şübhəlidir.
Hərçənd, yekun bəyanat deməyə əsas verir ki:
- Qərb masasındakı müzakirələrdə də Bakının gündəliyindən kənara çıxılmır;
- Postmünaqişə reallığı Avropa Birliyi tərəfindən qəbul olunur və bu, Qərbdə “Minsk qrupu”nu diriltmək cəhdlərinə qarşı müsbət alternativdir;
- Anlaşma Azərbaycanın öhdəliklərini yerinə yetirməyən Ermənistana qarşı istənilən addımını legitimləşdirir.
Tərəflər noyabrın sonuna qədər eyni formatda görüşməyə də razılaşıb. Ermənistan Moskva masasında nəsə əldə etməyə çalışacaq, lakin burada da gündəliyin təxmini eyni olması İrəvanın “çıxış yolu” axtarışını nəticəsiz edir. axar
"Bu gün Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş üçün əsaslı işi gücləndirməyə razılaşdıq və xarici işlər nazirlərinə bir ay müddətində mətn layihələri üzərində işləmək üçün görüşməyi tapşırdıq".
"Report" xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşündən sonra mətbuata bəyanatında bildirib.
"Görüş bu formatda dördüncü müzakirəmiz idi. Müzakirələr Cənubi Qafqazda baş verən son hadisələr və Aİ ilə hər iki ölkə arasında münasibətlərə yönəlmişdi. Mübadilələrimiz açıq və məhsuldar oldu, mən buna görə hər iki liderə təşəkkür etmək istərdim. Gündəliyimizdəki bütün məsələlərə baxdıq", - o qeyd edib.
Aİ Şurası Prezidenti vurğulayıb ki, son görüş zamanı əldə olunmuş razılaşmaların irəliyə aparılması üçün kifayət qədər addımların atıldığını görmək müsbət haldır.
Sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə təminatında irəliləyiş barədə bütün məqamların nəzərdən keçirildiyini deyən Şarl Mişel həmçinin komissiyanın növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi barədə razılıq əldə olunduğunu söyləyib.
"Biz nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üsulları ilə bağlı müzakirələrin gedişatını nəzərdən keçirdik", - o deyib.
Aİ Şurası Prezidenti əlavə edib ki, əhalini uzunmüddətli davamlı sülhə hazırlamaq vacibdir: "Aİ uzunmüddətli davamlı sülhə doğru dəstəyini daha da gücləndirməyə hazırdır. Aİ həm də hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək".
Qeyd edilib ki, noyabrın sonunadək bu formatda növbəti görüşün keçiriləcəyi barədə razılıq əldə olunub.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu gün, avqustun 30-da Rusiya paytaxtı Moskva şəhərində Ermənistanla sərhədlərin delimitasiyası üzrə komissiyaların görüşü ilə bağlı açıqlama yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə iki ölkə arasında Dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, habelə Dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci iclası keçirilib: "İclasdan öncə Rusiya Federasiyası hökumətinin sədri A.Overçuk Ş.Mustafayev və M.Qriqoryan ilə görüşüb, komissiyaların işinin davam etdirilməsini alqışlayıb".
Bildirildiyinə görə, tərəflər təşkilati, prosedural məsələləri müzakirə edib, komissiyaların gələcək işi və birgə fəaliyyətinin reqlamenti üzrə predmetli fikir mübadiləsi aparıblar: "Üçüncü görüşün razılaşdırılmış vaxtda keçirilməsinə dair razılıq təsdiqlənib".
Qeyd edək ki, Sərhədin delimitasiyası üzrə Dövlət Komissiyası Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə iki ölkənin lideri arasında aparılan danışıqların nəticəsində bu il yaradılıb. Dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya isə 2020-ci il noyabrın 10-da üçtərəfli (Azərbaycan, Rusiya və Ermənistan) razılaşmadan sonra həmin formatda aparılan danışıqların gedişində yaradılıb.
Xatırladaq ki, bu il mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanln Baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə görüşüb. Tərəflər sərhədlərin demarkasiyası komissiyasının işə başlaması üzrə razılığa gəliblər. Həmin görüşdən bir gün sonra – mayın 23-də iki ölkə liderləri sərhədlə bağlı komissiya yaradaraq onun tərkibini təsdiqləyiblər.
Komissiyaların ilk görüşü bu il mayın 24-də Azərbaycan-Ermənistan sərhədində keçirilib.
Fransa son illərdə Afrikada Türkiyə, Rusiya və Çinin fəallaşmasını öz siyasətinə təhlükə olaraq görür.
Axar.az xəbər verir ki, bunu türkiyəli ekspert Yıldırım Çinar deyib.
“Region dövlətləri ilə ikili və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi Fransa siyasətinə böyük zərbə vurmaq potensialına malikdir. Makronun əcdadlarının Əlcəzairdə əkdiyi müstəmləkə toxumlarının bəhrəsini biçmək üçün ölkəyə qarşı neokolonial danışıqları davam etdirəcəyi bir həqiqətdir. Türkiyənin xarici siyasət nümayəndələri də Fransa, Şimali Afrika və hətta Cənubi Afrikayla bağlı qərarlarında çox diqqətli olmalıdır”, - o bildirib.
Ekspertin fikrincə, Afrika ölkələri siyasi cəhətdən müstəqil olsa belə, hələ də sosial-iqtisadi baxımdan azad deyil:
“Buna görə, Fransanın bir çox keçmiş müstəmləkələri Parisin qitə ilə bağlı neokolonial siyasətinə zaman ötdükcə daha çox reaksiya verməyə başladılar. Bu reaksiyalar xüsusilə Makron dövründə daha çox özünü büruzə verməyə başladı. Həmçinin, Makronun Afrikaya qarşı aqressiv siyasəti əks nəticə verdi. Bu isə bilavasitə Fransanın xarici siyasətinə mənfi təsir göstərib”.
Rusiya Prezidenti Vladimir Putin bütün vasitələrlə dünya liderlərini Krım Platforması sammitində iştirakdan çəkindirməyə çalışıb. Xüsusilə Rusiya Prezidenti Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı bu ideyadan əl çəkməyə razı salıb.
Bunu Krım tatar xalqının lideri Mustafa Cemilev Krım.Realii-yə müsahibəsində deyib.
O, Niger və Konqo Respublikasının sammitdən son anda imtina etdiyini bildirib. Qana da sammitdə iştirak etməyi planlaşdırıb, lakin “texniki səbəblərdən” iştirak edə bilməyəcəyini bildirib.
Cemilev qeyd edib ki, bu ölkələrin iştirakı vacibdir, ona görə Rusiya şantaj və təhdidlərlə hamını uzaqlaşdırmağa çalışmayıb.
Xüsusilə, Krım tatarlarının liderinin sözlərinə görə, Rusiya Prezidenti Ərdoğanı Krım platformasında iştirakdan imtina etməyə inandırıb və bunun müqabilində Türkiyəyə turist axını vəd edib.
“Mənə dedilər ki, Putin Ərdoğana Türkiyə sammitdə iştirak etmədikcə, turist axını çoxalacaq, ticarəti genişləndirəcəyik, deyib. Ərdoğan isə cavab verib: Elə həmin yerdə (Krımda – red.) qohumlarım yaşayır. Sonra qohumlarıma deyəcəyəm ki, onları turistlərə dəyişmişəm? Və ən əsası Ukrayna bizim qonşumuzdur və Qurana görə qonşular bir-birinə kömək etməlidirlər, deyib. Bu dəfə Ərdoğan çox yaxşı çıxış edib”, – deyə Cemilev bildirib.
Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri tezliklə Rusiya ilə mövcud olan viza sazişini dayandıra bilərlər.
Söhbət 2007-ci ildə Rusiya ilə Aİ arasında bağlanmış sazişin qvvədən düşməsindən gedir. Sazişin fəaliyyəti avqustun 30-da, Praqada nazirlərin iki günlük görüşü zamanı dayandırılacaq. Ətraflı
Əgər razılaşma pozularsa, viza almağa çalışan ruslar daha çox sənəd təqdim etməli olacaqlar. Bundan əlavə, viza almaq daha bahalı olacaq və vizanın cavabını gözləmə müddəti daha uzun sürəcək.
Avropa İttifaqı Ukrayna böhranı zamanı “uduzması”, bu Böyük Britaniyaya sərf edəcək, çünki krallıq Avropanın güclü olmasında elə də maraqlı deyil.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu xəbəri Xorvatiyanın “Advance” nəşri yayıb.
“Bir neçə gündən sonra Boris Conson baş nazir vəzifəsini tərk edəcək və gələn ayın əvvəlində ondan üz döndərən partiyası bu vəzifəyə yeni adam seçəcək. Conson, baş nazir vəzifəsini davam etdirərkən, bərbad siyasi karyerasının son günlərində diqqətini Ukraynaya yönəltmişdi”.
Xorvatiya nəşrində belə deyilir.
O da qeyd olunur ki, Conson Kiyevə növbəti səfəri zamanı Avropa İttifaqı tərəfindən Ukraynaya hərbi və iqtisadi yardımın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Baş nazirin bəyanatı məhz “Avropada vəziyyətin daim pisləşdiyi, enerji və ərzaq məhsullarının qiymətlərinin artdığı” vaxtda səslənib.
...Məncə, bunun “Avropanın güclü olmaması” ilə nə əlaqəsi?
İsveç və Finlandiya NATO üzvlüyünün təsdiqlənməsi müqabilində Türkiyə qarşısında üzərinə götürdüyü öhdəliklərə görə hələ ki, konkret addımlar atılmayıb. Prosesdə irəliləyiş olmasa, Türkiyə buna görə bəzi addımlar ata bilər.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Diplomatik Münasibətlər və Siyasi Araşdırmalar Mərkəzinin (DIPAM) rəhbəri Tolqa Sakman deyib.
Sakman bildirib ki, Türkiyə ilk iclasda onsuz da konkret addımların atılmasını gözləmirdi:
“Bu görüş tərəflərin memorandumun mətnindəki məsələlərlə bağlı öhdəliklər götürməsi və prosesə eyni nöqtədən başlanması baxımından əhəmiyyətli hesab olunur. İlk görüş olduğu üçün yeniliyin olmaması çox da mənfi sayılmır. Ancaq indiyə qədər həll olunmayan məsələlərə münasibət bildirməmək bu görüşdən danışarkən üzərində dayanmalı olduğumuz mövzulardan ola bilər”.
O qeyd edib ki, proses irəliləmədiyi təqdirdə NATO danışıqlara cəlb oluna bilər:
“Prosesin NATO çərçivəsində getdiyini nəzərə alsaq, verilən vədlərə əməl edilməsi üçün NATO da vasitəçi kimi çıxış edə bilər. Həmçinin, Türkiyə ölkələrlə ayrı-ayrılıqda ikitərəfli münasibətlərə dair dəyərləndirmələr apara bilər”.
“Bu gün Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr inkişaf edir, Azərbaycanla çox yaxşı münasibətlərimiz var”.
“Report” xəbər verir ki, bunu Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla görüşü zamanı deyib.
Onun sözlərinə görə, bu ilin altı ayında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 1,6 milyard ABŞ dollarına çatıb: “Önəmli olan odur ki, ötən il ticarət dövriyyəmiz ciddi həcmə - 3,3 milyard dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 16 faiz çoxdur, bu altı ayda isə 1,6 milyard dollara çatıb”.
Mişustin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının məhsuldar fəaliyyətini də xatırladıb. O, həmkarına əməkdaşlığa görə təşəkkür edib.
İki Skandinaviya ölkəsinin Şimali Atlantika Alyansına (NATO) qoşulması ilə bağlı Helsinki, Stokholm və Ankara nümayəndələri arasında məsləhətləşmələr avqustun 26-da Finlandiyada keçiriləcək.
Bu barədə çərşənbə günü Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Görüş bu həftənin cümə günü Finlandiyada keçiriləcək. Görüşdə Finlandiya, İsveç və Türkiyənin Madriddə NATO sammitində razılaşdırdığı anlaşma memorandumunun bəndlərinin icrası nəzərdən keçiriləcək”, - deyə Finlandiya XİN-dən bildirilib.