Gələn ilin Novruz, Ramazan və Qurban bayramları günləri bəlli oldu
Gələn ilin Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla 2023-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, aprelin 21, 22-si Ramazan bayramı, iyunun 28, 29-u Qurban bayramı günləri müəyyən edilib.

Qeyd edək ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən nəzərdə tutulan günlər iş günü hesab edilmir.
 

Dünyapress TV

Xəbər lenti