“Son zamanlar teatrlardan müraciətlər çoxdur. Yaşlı aktyorları məcburi qaydada təqaüdə göndərirlər”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib. Millət vəkili bildirib ki, sənətkarın yaşı olmur: “Şairə demək olar ki, 85 yaşdan sonra şeir yazma? Sənətkar, aktyor yaradıcı adamdır. Xüsusilə Gənc Tamaşaçılar Teatrı və başqa teatrlarda. Mədəniyyət Nazirliyi bu işə əncam çəkməlidir.

Teatr direktorları özlərini ağa kimi aparırlar. Tariyel Qasımov Azərbaycanın ən böyük aktyorlarından biridir. Onu istefaya göndəriblər. Eləcə də başqalarını. Seyid Şuşinski, Xan Şuşinski neçə yaşına kimi oxuyub? Onda onlara deyərdik oxuma?! Teatrları veriblər direktorların əlinə, onlar da istədiyi kimi davranır. Mədəniyyət Nazirliyi bu məsələyə diqqəti artırsın”.

Dünyapress TV

Xəbər lenti