Ardını oxu...
“Kino səhnədən çox fərqlidir, hissə-hissə, dəqiqə-dəqiqə çəkilir, sonradan montaj edilir”.

DİA.AZ bildirir ki, bu fikirləri arzuladığı, amma oynamadığı obrazlardan danışan Əməkdar artist Rəhman Rəhmanov Yenicag.az-a açıqlamasında deyib.

Aktyor kinodan çox səhnə fəaliyyətinə üstünlük verdiyini bildirib:

“Sovetlər dönəmindən bu günə qədər kinostudiyanın istehsal etdiyi 10 bədii filmə çəkilmişəm. Böyük aktyorlarla bərabər irili-xırdalı rollarda oynamışam.

Ancaq kinoya çəkilməyin o qədər də aşiqi olmamışam. Çünki kinoya çəkilən aktyorlarımız bu işin içində olublar. Kino səhnədən çox fərqlidir. Hissə-hissə, dəqiqə-dəqiqə çəkilir, sonradan montaj edilir.

Mən əsasən, teatr aktyoruyam. Kukla Teatrında arzuladığım, amma oynamadığım rollar olub. İndiyə qədər də ürəyimdə qalıb. İki obraz olub, həmişə gözləmişəm ki, o əsərlər səhnələşdirilsin və mən də oynayım. Bu günə qədər o arzuma çatmamışam”.
 
Ardını oxu...
Quru sərhədlərin qapalıqalma müddətinin hər dəfə uzadılması ictimaiyyətdə haqlı narazılıqlara səbəb olur. Məsələ burasındadır ki, quru sərhədlərin bağlı saxlanmasıyla bağlı açıqlanan səbəblər də əsassız görünür artıq. Azərbaycan ərazi bütövlüyünü tamailə bərpa edib, erməni separatçı qruplaşması tam zərərsizləşdirilib, ölkəmiz regionda təkcə söz yox, həm əməl sahibidir. Güclü, qüdrətli dövlətdir.

Qonşu ölkələrlə də balanslaşdırılmış siyasət aparılır. Siyasi, iqtisadi, mədəni əlaqələrimiz kifayət qədər möhkəmdir. Pandemiya da çoxdan bitib. Dünya ölkələrinin demək olar əksəriyyətində karantin rejimi də ləğv edilib, gediş-gəliş sərbəstliyi təmin edlilib, həm də təkcə hava yoluyla deyil, eyni zamanda quru yollarla – sərhəd-keçid məntəqələrindən keçilməklə. Bəs səbəb nədir, bizim quru sərhədlər açılmır? Millət vəkili Ceyhun Məmmədov Globalinfo.az-a açıqlamasında quru sərhədlərin bağlı qalmasının müxtəlif səbəblərinin olduğunu bildirib:

“Yeniden pandemiya dövrünə qədəm qoyula biləcəyi, virusun təkrar yayılacağı mümkündür. Ona görə də, bu gün pandemiyanın bitdiyini, təhlükənin yenidən olmayacağını söyləmək mümkün deyil. Qeyd etdiyim kimi, bu problem hələ də dünyanı narahat etməkdədir və bununla bağlı müxtəlif müzakirələr aparılır. Biz yenidən o günlərə qayıtmayacağımızı ümid edirik, amma bu, yalnız bizdən asılı olan məsələ deyil”.Deputat qeyd edib ki, quru sərhədlərin bağlı qalmasına həm də təhlükəsizlik aspektindən baxmağı bacarmalıyıq:“Söhbət ondan gedir ki, bu gün həm regionumuzda, həm qonşu dövlətlərdə hələ də müəyyən problemlər yaşanır. Bu baxımdan da quru sərhədlərin tam açılması ölkəmizə müəyyən problemlər və çətinliklər yarada bilər. Hesab edirəm ki, biz hələ gözləməliyik. Hər şey nə vaxt öz qaydasına düşərsə, virusun yayılması haqda verilən proqnozlar aradan qalxarsa, problemlərin arxada qaldığı bildirilərsə, təhlükəsizliklə bağlı məsələlər öz həllini taparsa, o zaman biz addım ata bilərik. Hələ ki, səbir edib gözləməliyik. İnanıram ki, bir müddət sonra hər şey qaydasına düşəcək”.

Teref.az bildirir ki, həkim-infeksionist Mərdan Əliyev “Sherg.az”a açıqlamasında virusun yayılmasının pandemiya həddinə çatacağının real olmadığını dedi:

- Yoluxma sayında artım ola bilər, amma bu, pandemiya həddinə çata bilməz. Çünki əhalidə immunitet formalaşıb artıq. Peyvəndləmə də aparıldı. Peyvəndlər də öz müsbət təsirini göstərir. Vurulan peyvədlər yeni ştamlara qarşı da qoruyucu xüsusiyyətə malikdir. Virus xəstəliklərində əsas göstərici insanlarda immunitetin yaranmasıdır. Bu da yoluxma sayından bəlli olur. Ölkəmizdə demək olar hamı koronavirusa yoluxub. Çox az sayda bəlkə də insan olar ki, bu virusa yoluxmadı. Hətta bu da ola bilər ki, xəstələniblər, amma analiz vermdikləri üçün, test olunmadıqları üçün koronavirusa yoluxub-yoluxmadıqları bilinmir. Məlumdur ki, koronavirusun əlamətləri mövsümi qrip əlamətləri ilə oxşardır. Bir çox insan koronavirusa yoluxurdu, amma bunu “qrip” hesab edirdi, bir neçə gündən sonra sağalırdı, əhəmiyyət vermirdi, virusa yoluxub, yoxsa xəstəliyi adi qripdir. Yəni, pandemiyanın yenidən alovlanacağı təhlükəsi yoxdur. Yoluxma sayı arta bilər, yeni ştamlar ortaya çıxa bilər. Lakin bu, COVİD-19-un ilkin variantı kimi olmaycaq.

M.Əliyev qeyd etdi ki, karantin rejimi o zaman tətbiq edilir ki, xəstəlik pandemiya şəklini alır:

- Pandemiya o deməkdir ki, yoluxma sayı artır, bu zamn səhiyyə sistemi yüklənir, ağırlaşma halları, ölüm halları baş verir. Hazırda belə bir təhlükə yoxdur, olacağıl ehtimalı da sıfırdır. Zatən, xüsusi reyslərlə uçuşlar həyata keçirilir, ölkəyə gəliş-gediş hava yoluyla davam edir. Sərnişinlərdən COVİD pasportu hətta istənilmir. Bu halda quru sərhədlərinb bağlıl saxlanması üçün tibbi baxımdan real əsaslar görünmür.
 
 

 


Ardını oxu...
Xalq şairi Vahid Əziz deyib ki, xarici ölkələrdə hansısa milli ada rast gələndə, görürük ki, onun sahibi azərbaycanlıdır. Amma hanısa yapon, fransız, italyan və ya türk öz ölkələrində obyekt açıb, Azərbaycan adı verməz.
Bölgələrdə, eləcə də paytaxt Bakıda əksər iri mağazalar, restoranlar, istirahət məkanlarının adları əcnəbi dillərdədir. Mağaza və restoran adlarının kütləvi şəkildə əcnəbiləşməsi məsələsi illərdir ki, müzakirəyə çıxarılır, tənqid edilir. Amma görünən odur ki, tənqidlər heç nəyi dəyişmir.
Xalq şairi Vahid Əziz iaşə obyektlərinin adlarının əcnəbi dillərdə olmasını Azərbaycan dilinə hörmətsizlik kimi qiymətləndirir: "Heç siz xarici ölkədə olanda hansısa iaşə obyektinə Azərbaycan mənşəli adın verildiyinə rast gəlmisiniz? Şəxsən mən rast gəlməmişəm. Nəinki digər xarici ölkələr, heç Türkiyədə də rast gəlməmişəm. Xarici ölkələrdə hansısa milli ada rast gələndə, görürük ki, onun sahibi azərbaycanlıdır. Amma hanısa yapon, fransız, italyan və ya türk öz ölkələrində obyekt açıb, Azərbaycan adı verməz. Bizdə isə iaşə obyektlərinin 90 faizinin adı xarici dillərdədir. Nadir hallarda milli mənşəli adlara rast gəlinir. Biz öz dilimizə hörmət qoymasaq, sevməsək, itib-batacaq".
Azərbaycan Reklamçılar İttifaqının İcraçı direktoru, Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü, Beynəlxalq Reklam Festivalları mükafatçısı Cahid Həsənov bildirir ki, bölgələrdə və paytaxt Bakıda olan iaşə obyektlərinin əksəriyyəti xarici dildə olduğundan, insan özünü doğma ölkədə, doğma şəhərdəki kimi hiss eləmir. Onun sözlərinə görə, obyekt sahibləri dilçilik institutunda hansısa dilçi alimlə iş birliyi yaratmır: "Onlar dilçilik institutu ilə, alimlərimizlə, filoloqlarımızla birlikdə işləsələr, həm milli adlar olar, həm də Azərbaycan dilinin zənginliyini dərk edərlər. Eyni zamanda, alimlərimizin maddi rifahı düzələr".
Həsənov xatırladıb ki, "Reklam haqqında" Qanuna görə də reklamda əsasən dövlət dilindən istifadə edilməlidir. Zəruri hallarda reklamda dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin onların tutduğu sahə, sözlərin Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.
Qeyd edək ki, "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanununun 17-ci maddəsinə əsasən, hüquqi şəxslərin, onların nümayəndəliklərinin, filiallarının və idarələrinin adları Azərbaycan dilinin normalarına uyğun yazılmalıdır.
 
Ardını oxu...
Avqustun 5-də ağır xəstəlikdən sonra dünyasını dəyişən 57 yaşlı sevgilisi Brayan Rendalı itirən 59 yaşlı “Oskar” mükafatlı aktrisa Sandra Bullok bir neçə ay sonra ilk dəfə Los-Ancelesdə görüntülənib. O, 11 yaşlı qızı Leyla ilə küçədə gəzintiyə çıxıb.

Videoda görünür ki, ulduz qızının əlindən tutub, hətta onun başından öpüb.

Onları gəzinti zamanı mühafizəçi müşayiət edib.

Mənbə: focus.ua
 
Ardını oxu...
Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson Britaniyanın xəbər kanalı “GB News”da aparıcı olacaq.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Conson kanalla müqavilə imzalayıb.

Televiziya kanalından bildirib ki, Conson gələn il aparıcı və şərhçi kimi onlara qoşulacaq.

Keçmiş Baş nazirin kanalla imzaladığı müqaviləsinin dəyəri açıqlanmayıb.
 
 
 

Ardını oxu...

Dünən Akademik Musiqili Teatrda “Leyli və Məcnun” tamaşasının premyerası baş tutdu. Səhnə əsərində dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının və böyük mütəfəkkir Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında rejissor Samir Qulamovun librettosu və quruluşunda ərsəyə gəlib.Dərin fəlsəfi məna kəsb edən klassik əsər yeni rejissor yozumuna əsasən orijinallığını saxlasa da, fərqli təqdimatı ilə təkcə Musiqili Teatrın tarixində deyil, Azərbaycan teatr tarixində bir ilkdir.

Tamaşanın bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu dirijoru Əməkdar İncəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Əməkdar artist Vaqif Məstanov, muğam ifası üzrə məsləhətçisi Xalq artisti Səkinə İsmayılova, solo tar ifaçısıları Əməkdar artist Elxan Mansurov, gənc ifaçılar Səxavət Məmmədov, Cahid Əlizadə, konsertmeysteri Fidan Əliyeva, rejissor assistentləri Prezident mükafatçısı Əmrah Dadaşov və Sevinc Məmmədovadı. 

Leyli rolunda VII Muğam Televiziya Müsabiqəsinin qalibi İlahə Rüstəmova, Məcnun rolunda isə respublika və beynəlxalq muğam müsabiqələrinin qalibi Orxan Hüseynli çıxış etdilər

Tamaşanın quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev həm də Məcnunun ruhu obrazını canlandırır. Onun tərəf-müqabili – Leylinin ruhu obrazının ifaçısı isə teatrın balet artisti İranə Kərimovadı.

Tamaşada Əməkdar artist Nadir Xasiyev, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Əmrah Dadaşov, artistlər Gülnarə Abdullayeva, Təranə Əliyeva, Bacıxanım Sadıqova, İbrahim Əlizadə, Emin Zeynallı, Əli Kərimov, Murad Əliyev, Böyükxanım Məmmədova, Mirzəhra Muradova, Aydan Əliyeva, eyni zamanda teatrın xor və balet heyətinin üzvləri iştirak etdilər

"Leyli və Məcnun" tamaşasına Mədəniyyət Nazirliyinin rəhbər işçiləri də qonaq buyurmuşdu. 

Qeyd edək ki, səhnə əsərinin növbəti nümayişi 18 noyabr saat 19.00-da olacaq. 

Tamaşayla bağlı adı çəkilən teatrın mətbuat katibi Fəridə Aslanova-Rüstəmovanın fikirlərini bölüşdü: 

"Bu gün çoxdan gözlənilən "Leyli və Məcnun" tamaşasının premyerası gerçəkləşdi. Premyeralar teatr üçün əlamətdar hadisədir. Bizim üçün də bayram ab-havalı bu özəl gündə kollektivimizi təbrik edirəm. Hər kəsə uğurlar! Şərqin ilk operası "Leyli və Məcnun" 115 il öncə də bu məkanda - Tağıyev teatrında oynanılıb. Bu gün burada bizim teatr yerləşir - Azərbaycan Dövlət Akademik Musiqili Teatrı...

Bir əsrdən çoxdur ki, bu tamaşa müxtəlif rejissorların yozumunda ölkəmizin, eləcə də dünyanın bir çox teatr səhnələrində oynanılır.  Bu gün izlədiyimiz eyniadlı tamaşanın libretto müəllifi və quruluşçu rejissoru Samir Qulamovdu. Fərqli rejissor yozumda təqdim olunan "Leyli və Məcnun" təkcə teartımızda deyil, ölkəmizdə bir ilkdi".

Səhnə əsərini quruluşçu rejissoru Samir Qulamovdan da tamaşayla bağlı müxtəsər söhbətimiz alındı. 

Ardını oxu...

- Samir müəllim, "Leyli və Məcnun"u Musiqili teatrda ərsəyə gətirdiz. Fikirləriniz maraqlıdı...

 

- Böyük Füzulinin bu əsərinə müraciət etdikdə, dahi mütəfəkkirin həm öz dövründə nələri demək, gələcək üçün hansı mesajları vermək istəməsini anlamağa çalışdım. Ölməz şairimiz sadə bir qız ilə bir oğlanın sevgi fəryadını yox, həmin qovuşa bilməyənlərin timsalında daha böyük faciələri göstərmək istəyirdi. Füzuli o dövrdəki cəhaləti, ərəb dünyasınsa qadının heç bir nüfuzunun olmamasını, təhsilsizliyi, erkən nikahı və digər bu kimi problemləri göstərmək istəyirdi. 

 

- Nizami Gəncəvinin "Leyli və Məcnun"dan fərqli olaraq Füzulinin əsərində həsrətli aşiqlər bir-birinə qovuşur. Amma siz bu gün sevənləri qovuşdurmadan öldürdüz. Fərqliliyin səbəbi nədi? 

 

- Mən də onları qovuşdurdum. Amma öləndən sonra ruhən qovuşdular. Tamaşada  diqqət etdinizsə, Məcnun sevdiyinin məzarı  başında canını tapşırmaqla ona qovuşur. Məcnun həyatda  ikən məğlub, ölərkən isə qalib oldu. Səhnə əsərimdə 2 bədbəxt insan var. Leylinin əri İbn Səlam və Füzuli. İbn Səlam o qədər pul-para sahibiydi, Qəbilə başçısıydı, sərkərdəydi, şan-şöhrətiylə məşhur olmasına rəğmən Leylinin könlünə yol tapa bilmir. Baxmayaraq qız onun arvadı idi. Eyniylə şairimiz də gəncliyində sevdiyinə qovuşa bilməyib.  

 

- Belə çıxır ki, siz də Qabriyel Qarsiya Markesin "dünyanın altını-üstünə gətirən xoşbəxt yox, bədbəxt eşqlərdi" fikrini təsdiq edirsiz?

 

- Sözsüz.

 

- Klassiklərimizi yaşatmaq üçün yenə bu kimi tamaşaları səhnəyə qoyacaqsızmı? 

Ardını oxu...

- 2006-cı ildən quruluşcu rejisor kimi tamaşalar hazırlayıram. Hər zaman ciddi əsərlərə yer vermişəm. Məqsədim klassikanı, nostaljini gənclərə, tamaşaçıları modern şəklində çatdırmaq istəmişəm. Özünə "müasir" deyən, əllaməçilik edən, absurd qururb müəllif tamaşası kimi təqdim olunan "tərəqqiçi"lərdən uzağam. Bir çox insanlar və özünü "rejissor" kimi təqdim edənlər modernizmi düzgün anlamır və tamaşaçıya da səhv çatdırırlar. Müasirlik  aktyorun səhnə kəllə-mayallaq aşması, fərqli cür geyinmək deyil. Modernizm yanaşmada özünü göstərməlidi. Şəxsən mənim yadıma gəlmir ki, Azərbaycan tamaşalarında əvvəldən, sonacan səhnə əsəri qırmızı fonda getsin. Ən çətin fon qırmızı fonda işləməkdi. Bu səhnə əsərim üçün 7 ay gərgin məşqlər keçdik. Mən bir qırmızı çadırın içində tək 2 gəncin yox, o dövrün sivilizasiyasının faciəsini göstərməyə çalışdım. Çadırlarda  məhv olan ülvi hislərin,  azad sevginin, haqq-ədalətin necə dəfn olunduğunu seyrcilərə izah etmək istədim. Məsələn, səhnədə 20 qızların qəmli oxuması, əslində leylilər, Füzulin açdığı qəbirlər isə məcnunlar idi. 

 

- Bu səhnə əsərinizlə ölkə xaricində qastrol səfərləri planlaşdırırsızmı? 

 

- Bəli. Bu gün tamaşaya Mədəniyyət Nazirliyinin nümayəndələri də gəlmişdi. Onlara da təşəkkür edirəm. Adı çəkilən nazirliyin əməkdaşlarının gəlməsiylə həm də göstərmək istədik ki, "Leyli və Məcnun" tamaşasıyla ölkə xaricinə çıxmağa hazırıq. Öncəliklə türk dilli dövlətlərin teatrlarında səhnə əsərimi nümayiş etdirmək istəyirəm. 

 

ABDULLA İSMAYILOĞLU

GundemXeber.az

 
 
 

Ardını oxu...
 

Dünən saat 08:50 radələrində Kürdəmirdə ağır yol qəzası baş verib.

Kürdəmir-Zərdab yolunun rayonun Qaramahmudlu kəndindən keçən hissəsində 1970-ci il təvəllüdlü Zülfüqar İbrahimovun idarə etdiyi "Kia Sorento" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü ilə yanaşı həyat yoldaşı İbrahimova Səbinə Vaqif qızı və oğlu 13 yaşlı İbrahimli Ayxan müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdirilib. Hadisə zamanı avtomobildə olan sərnişinlərdən 1947-ci il təvəllüdlü Ağdam rayon sakini Rəhimova Məlahət Əli qızı isə vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzaya düşənlər bir ailənin üzvləridir. Sürücü Zülfüqar İbrahimov Vətən müharibəsi şəhidi İsrafil İbrahimovun atasıdır. Qəzada şəhidin nənəsi vəfat edib. Atası, anası və qardaşı isə xəsarət alıb.

Sürücü Zülfüqar İbrahimov Xalq artisti Mənsum İbrahimovun qardaşıdır.

Qeyd edək ki, bir neçə gün əvvəl şəhidin xatirəsinə həsr edilmiş filmin təqdimatı olmuşdu. Şəhid, kiçik çavuş İsrafil Zülfüqar oğlu İbrahimov Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət edib. O, 2020-ci il sentyabrın 27-dən etibarən Vətən Müharibəsində iştirak edib. 26 oktyabr 2020-ci ildə Laçın rayonunun Səfiyan kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

İsrafil İbrahimov şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Ardını oxu...

 
Ardını oxu...
“Səhnəyə çıxmağıma görə o qədər çətinliklər çəkmişəm ki. Hətta bir müddət bunu valideynlərimdən gizlətmişəm. Ağdam rayon yeri idi. Qız uşağının hünəri nə idi səhnəyə çıxsın? Mən aktrisa doğulmuşdum. Amma aktrisa yox, müğənni olmaq istəyirdim. 16 yaşımda Leyli rolunu oynamışam. O muğamları, qəzəlləri Heydər Şəmsizadə mənə öyrədib. Mən ömrümün sonuna qədər ona minnətdar olacağam. Arzum Bakıda böyük səhnələrə çıxmaq idi. Çünki mən o səhnə üçün yaranmamışdım. Ədil İskəndərov kimi böyük sənətkardan dərs almışam. AZDRAMA-da səhnəyə çıxmaq böyük arzum idi. Bəxtim elə gətirdi ki, Akademik Musiqili teatra gəldim. Burada da böyük rollar nəsibim oldu”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Fatma Mahmudova deyib. O daha sonra əlavə edib.

“Həyatda balalarımla, doğmalarımla xoşbəxt olmuşam. Ümumiyyətlə mənim xoşbəxtliklərim də anlıq olub. Desəm ki, taleyimdən çox razıyam yalan olar. Taley bəzən üzümə gülüb, bəzən isə yox. Bir ona görə sevinirəm ki, öz adıma, atalarının adına layiq övlad böyütmüşəm. Həmişə dik gəzmişəm, heç kim hiss etməyib ki, mənim həyatımda nə baş verib! Səhhətimdə problemlər də olsa heç vaxt açıb deməmişəm” deyə xalq artisti bildirib.

Fatma Mahmudova bildirib ki, illər əvvə onu tamaşaçılara serial sevdirib.

“Elməddin Cəfərova, “Bacanaqlar” serialına çox borcluyam. Serial məni unudulmağa qoymadı. Məni tamaşaçılarıma qaytardı sanki. Teatr öz yerində, amma serial olmasaydı mən də yaddan çıxmış sənətkarların aqibətini yaşayacaqdım. Belə olsaydı gərək illər sonra üzə çıxıb deyərdim ki, mən filan tamaşada oynayan filan aktrisayam. Tamaşaçı da səni ya tanıyacaqdı, ya da ki, yox. Bu mənim üçün böyük faciə ola bilərdi” deyə aktrisa bildirib.

Sənətkar doğulduğu Ağdamdan da danışıb.
“30 ildən sonra iki il öncə Ağdama ayaq basdım. O qədər hönkürtü ilə ağladım ki. Mənim üçün çox çətin idi. Həm də ona görə çətin idi ki, Ağdama Tofiqsiz gedirdim. Tofiqin məzarını ziyarət edəndən sonra Milli Qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət etdim. Tofiqə göz aydınlığı verdim. Evimiz Ağdam teatrı ilə üzbəüz idi, ermənilər oranı elə dağıdıb ki, heç deməzsən ki, həmin yerdə nə vaxtsa 3 mərtəbəli bina olub. Bəlkə də çinar ağacı və teatrın sütunları olmasaydı evimizin yerini tapmayacaqdım” deyə sənətkar bildirib.
Ardını oxu...
Dünən böyük Azərvaycan yazıçısı Hüseyn Cavidin 141 yaşı tamam oldu. Cavid əfəndinin həyatı və yaradıcılığı geniş tədqiq olunsa da, ömrünün son məqamlarından birini məndən başqa yazan olmamışdı.
Dünən gənc jurnalist həmkarım Gunel Musa divarında paylaşım etmişdi, mövzusu və yazdığım şərh Hüseyn Cavidlə də bağlı olduğu üçün burada gətirirəm.
“Peşimansan bir mövzuya xoşlarina gəlməyən reaksiya verəsən. O saat "uğursuz" sözünü yapışdırırlar adamın alnına. Şəxsən mən uğurlu hesab etdiyiniz bir çox adamdan uğurluyam. Başı üstündə, dili gödək olmadan yaşayan, sağlam düşünən, sürü psixologiyasından uzaq bir insan olaraq çox uğurluyam. Bircə pulum yoxdu”.
Belə bir şərh yazdım:
Günel xanım, insanın uğuru pulla ölçülmür. Bu sözləri mən yox, ABŞ prezidenti Cohn Fitscerald Kennedinin milyonçu atası, ABŞ-ın İngiltərədə səfiri olmuş, üç ABŞ prezidentinin seçilməsində ciddi iştirak etmiş, Cozef Kennedi deyib.
İnsanın uğuru pulla ölçülmürsə, qələm əhlinin uğuru heç ölçülməz. Sübutu - fransız şairi Şarl Bodlerin "Albatros" şeiri. Başqa bir sübutu - tərcüməçi və şair Samuil Marşakın şeiri. Daha başqa bir sübutu - uğuru pulla, maddi nemətlərlə ölçənlər haqlıdırsa, belə çıxır ki, Süleyman Rüstəm Hüseyn Caviddən uğurlu qələm sahibidir? Və ya Süleyman Rüstəm kimi dövlətdən yaxşı mənzil, vəzifə, ad, mükafat, honorar alan, firavan dolanan, amma adı belə unudulan partiyalı şair və nasirlər Mikayıl Müşfiq, Almaz Yıldırım, Əhməd Cavaddan uğurlu adam və qələm sahibləridir? Əlbəttə ki yox!
Linkini şərh bölümünə qoyduğum, - hamısı ordadır, - yazımda belə düşüncəni təhlil və tənqid etmişəm. Məqalə Hüseyn Cavidə həsr olunmasa da, qələm əhli, mövqeyi, dəyərləri və uğur anlayışı haqqındadır. Məmurun, biznesmenin, rüşvətxor məmurun, seks xidməti işçilərinin və yazıçının uğuru başqa-başqa meyarlarla ölçülür.
Cingiz Sultansoy
Teref.az
Ardını oxu...
"Uduzmuşam və kişi kimi çəkilmişəm kənara"

Bakupost az xəbər verir ki, bunu bir neçə il öncə yayımı dayandırılan keçmiş ANS şirkətlər qrupunun rəhbəri Vahid Mustafayev BBC Azərbaycana müsahibəsində deyib.
O, bildirib ki, bununla bağlı ona çoxlu suallar verilib. ANS-in Fətullah Gülənlə müsahibəyə görə bağlandığını təsdiqləyən keçmiş ANS rəhbəri bildirib ki, onlar son instansiya məhkəməsinə kimi gediblər.
"Fakt olaraq bu məsələ oldu və son məhkəməyə qədər mübarizəmizi apardıq. ANS-lə bağlı instansiya məhkəmələrini sona qədər getdik və uduzduq. Uduzmuşam və kişi kimi çəkilmişəm kənara. Udmağı da uduzmağı da bacarıram. Çünki adam uduzanda kişi kimi uduzmalıdır. Biz bu hadisədə uduzduq. MTRŞ bizi uddu. Söhbət qurtardı".
Qeyd edək ki, ANS TV 2016-cı ilin iyulunda Fətullah Gülənlə müsahibəni yayımlayacağını elan etdikdən sonra TV-nin yayım lisenziyası ləğv edilib.
 

Dünyapress TV

Xəbər lenti