Azərbaycan bu ilin yanvar-fevral aylarında 38,2 milyon dollar dəyərində pambıq ixrac edib.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ölkənin pambıq ixracından qazancı ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 milyon dollar çoxdur.
Hesabat dövründə pambıq ixracı Azərbaycanın ümumi ixracının 0,80%-ni təşkil edib.
Əlavə edək ki, ötən ilin eyni dövründə ölkənin pambıq ixracının dəyəri 29,6 milyon dollar təşkil edib.