"Uber" Avstraliyada taksi sürücülərinin "maliyyə itkiləri" üçün təxminən 178 milyon dollar ödəyəcək.
Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, taksi sürücüləri "Uber"in qaydalara əməl etməməsi səbəbindən gəlirlərini itirdiklərini əsas gətirərək şirkətə qarşı iddia qaldırıblar.
"ABC News"un məlumatına görə, ölkədə taksi və şəxsi avtomobil sürücüsü kimi çalışan 8 mindən çox insanı təmsil edən vəkillər 2019-cu ildə "Uber"ə qarşı açılan iddia ilə bağlı açıqlama verib.
Vəkillər bildirib ki, "Uber"in ölkə bazarına girməsindən sonra, taksi sürücüləri maliyyə baxımından ziyana salıblar.
Şirkət uzun müddət təzminatı ödəməkdən yayınsa da, yaxın vaxtlarda qarşı tərəflər razılığa gəliblər.
Lakin, sözügedən məbləğin ödənilməsi üçün Ali Məhkəmənin razılığı tələb olunur.