Hökumət hər şeyi, absurda, bir növ “sürrealizmə” çevirir – indi də qərar veriblər ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti orqanlarının vəzifəli şəxslərinin mükafatlandırılması məqsədi ilə aylıq vəzifə maaşlarının 3 misli qədər əlavə vəsait ödəniləcək. Yəni, hər dəfə maaşdan əlavə 3 maaş mükafat ödəmək istəyirlər. Dövlət Vergi Xidmətində 2,7 mindən çox vəzifəli şəxs fəaliyyət göstərir, bu yeni qərarla, əvvəllər verilən “paketi”, “konverti” rəsmiləşdirmək istəyirlər. Mən məmurlara yüksək maaş verilməsinin əlehinə deyilən, amma hər dəfə mükafat yazmaqdansa, birdəfəlik maaşlarını artırın - olsun-bitsin. Amma etmirlər, edə bilmirlər, o zaman sual yaranacaq ki, digər Xidmətlərdə çalışanların maaşı nədən azdır, kimsə (biri elə mən) çıxıb deyəcək ki, necə ola bilər müəllimin maaşı ilə Vergi məmurunun maaşı arasında 8-9 dəfə fərq var?! Belə “sürreal” qərarla həm rəsmi olaraq maaşları artırmırlar, həm də “konverti” rəsmi olaraq mükafat adı ilə verirlər. Düşünürlər ki, belə olanda nə şiş yanacaq, nə kabab – amma anlamırlar ki, manqal yanır e, manqal... Natig Jafarli TEREF