Ukrayna hərbi dairələrinin iddiasına görə, bu günkü döyüşlərdə daha bir rus generalı öldürülüb. Təsdiqini gözləyən məlumata əsasən öldürülən general Rusiyanın “Dnepr” qruplaşmasının komandiri, general-polkovnik Mixail Teplinskidir. Bildirilir ki, Ukrayna hərbçiləri "düşmənin daha bir mühüm hədəfini – Rusiya Silahlı Qüvvələrinin motoatıcı briqadalarından birinin komanda məntəqəsini yerlə yeksan edib. Rus general-polkovnik Mixail Teplinskinin də atəş zamanı həmin komanda məntəqəsində bulunduğu güman olunur. Heydər Oğuz TEREF