Banqladeşin milli neft və qaz şirkəti “Petrobangla” ölkənin Benqal körfəzindəki dəniz zonasında geoloji kəşfiyyat işləri üçün tender elan edib.
"Report" xəbər verir ki, tenderin şərtləri şirkətin rəsmi saytında dərc olunub.
Tender üçün 9 dayaz su bloku və 15 dərin su bloku hərraca çıxarılır.
Müqavilə şərtlərinə görə, neft əməliyyatları üçün idxal olunan avadanlıq və mexanizmlərə rüsum tətbiq edilməyəcək. Podratçının korporativ gəlir vergisi öhdəliyi “Petrobangla” tərəfindən ödəniləcək.
İddiaçı həm dayaz, həm də dərin sulu dəniz blokları üçün dövlətə məxsus Banqladeş Neft Kəşfiyyat və İstehsalat Şirkətinin 10%-lik payına zəmanət verməlidir.
Tender iştirakçıları üçün ixtisas meyarlarına dənizdə gündəlik ən azı 15 min barel neft və ya 150 milyon kubmetr qaz hasilatı daxildir.