Ötən il ölkəmizə 73 min 62 ton qarğıdalı gətirilib.Bu miqdarda məhsula 20 milyon 825 min ABŞ dolları ödənilib. Bu rəqəm əvvəlki illə müqayisədə miqdar ifadəsi ilə 2 min 800 ton (3.7%), dəyər ifadəsi ilə 3 milyon 330 min ABŞ dolları (13.7%) azdır.2022-ci ildə bu, 75 min 864 ton miqdarında, 24 milyon 155 min ABŞ dolları dəyərində olub.Ötən il ölkəyə gətirilən qarğıdalının bir tonu üçün 285 ABŞ dolları ödənilib ki, bu da əvvəlki illə müqayisədə 33 ABŞ dollar (10.3%) azdır. 2022-ci ildə bu, 318 dollar olub.Qeyd edək ki, ötən il ölkəyə qarğıdalı idxalı ümumi idxalın 0.12 faizini təşkil edib. (Valyuta.az)Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxs barəsində edam hökmü çıxarılıb.
APA xəbər verir ki, bu barədə İran Ədliyyə Nazirliyinin saytında məlumat verilib.
Qeyd edək ki, yanvarın 27-də Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Məhkəmə iclası təqsirləndirilən şəxs və onun vəkillərinin iştirakı ilə keçirilib. Məhkəmə iclasında Azərbaycan Respublikası səfirliyinin bir sıra məsul şəxsləri də iştirak edib.
İclasın əvvəlində təqsirləndirilən şəxsə hakim izahat verib və prokurorun nümayəndəsi ittiham aktını oxuyub. Yayımlanan ittiham aktına əsasən, Azərbaycan Respublikasının səfirliyinə hücum edən şəxs səfirlik daxilində odlu silahdan istifadə etməklə Azərbaycan Respublikası vətəndaşını qəsdən öldürməkdə, qanunsuz silah saxlamaqda, gəzdirməkdə və ictimai asayişi pozmaqda ittiham olunur.
Prokurorun nümayəndəsi ittiham aktını oxuduqdan sonra təqsirləndirilən şəxs və vəkili müdafiə çıxışı edib.
Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.
Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib.
Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.
Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb.
Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub. Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb.