Quru sərhədlər açılarsa: Azərbaycan milyardlar qazanacaq
“Sərhədlərin bağlı qalması Azərbaycan kimi ölkələrdə əhalinin həyat tərzinə, məişətinə ciddi problem yaradır. Turizm cəhətdən yanaşsaq, bu, həm Azərbaycana gələnlər, həm də ölkədən gedənlər üçün ciddi problemdir”.

Bunu iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

Onun fikrincə, bu gün yalnız hava nəqliyyatının qalması, xüsusilə Azərbaycan kimi ölkədə əhalinin həyat tərzinə, məişətinə kifayət qədər ciddi problem yaradır:

“Çünki hava nəqliyyatı Azərbaycanda demək olar ki, vətəndaşların seçimləri sırasında olmayan bir nəqliyyat növüdür. Qiymətləri çox bahadır. Ona görə də quru sərhədlərin açılması vacibdir.

Seçkidən sonra quru sərhədlərin açılması ilə bağlı qərar verilə bilər. Çünki sərhədlərin bağlı qalması iqtisadiyyatın bütün sahələrinə mənfi təsir göstərir.

Sərhədlərin açılması turizm sektorunun inkişafına ciddi təkan verə bilər. Eyni zamanda, sərhədyanı kiçik ticarətin son 3 ildə yaşadığı durğunluqdan müəyyən qədər çıxmasına səbəb olacaq”.

Hazırda quru sərhədlərinin bağlı olması bir sıra sahələrin fəaliyyətinə mənfi təsir edir ki, onlardan biri də turizm sektorudur. Pandemiya ilə bağlı quru sərhədlərini bağlayan bütün ölkələr artıq bir neçə ildir ki, quru sərhədlərini açıblar.

Bunun nəticəsində isə turizmin inkişafı müşahidə edilməkdədir. Məsələn, qonşu Türkiyədə turizm gəlirləri 2023-cü ildə bir əvvəlki ilə görə 56,7 milyon ziyarətçi ilə 16,9 faiz artaraq 54 milyard 315 milyon dollara çatıb. Bu il isə ziyarətçi sayının 60 milyona, turizm gəlirinin isə 59,6 milyard dollara yüksəlməsini gözləyirlər.

2028-ci ildə hədəf 82,3 milyon ziyarətçi ilə 100 milyard dollar gəlir əldə etməkdir. Ölkəmizdə isə onsuzda kifayət qədər inkişaf etməyən turizmin sekorunun daha da geriləməsinə quru sərhədlərinin bağlı olması da öz təsirini göstərir.

Əgər pandemiyadan əvvəl, 2019-cu ildə Azərbaycana 3 milyondan artıq turist gəlmişdisə, 2023-cü ildə bu rəqəm 1 milyon 800 min olub. Bu isə onu göstərir ki, turistlərin sayı kimi ölkə gəlirdən də məhrum olur.

Quru sərhədləri nə vaxta qədər bağlı qalacaq?

“SKAL” Turizm Peşəkarlar Assosiasiyasının sədri Ceyhun Aşurov “Cebhe.info”-ya bildirdi ki, bu günə kimi sərhədlərin bağlı olması ilə əlaqədar fərqli fikirlər səsləndirilib:

“Ötən il ölkəyə gələn turistlərin sayında təxminən əvvəlki illə müqayisədə 30 faiz artım olsa da, pandemiyadan əvvəlki vəziyyətə tam qayıda bilməmişik. Dünyada bu göstərici 95 faizə qədər olub, bəzi ölkələr pandemiyadan öncəki göstəricilərini təkrarlayıb, hətta keçən də olub.

Azərbaycanda quru sərhədləri bağlıdır. Buna baxmayaraq, hava məkanımız açıqdır. Uçuş intensivliyində artım müşahdə edilib ki, bu da bərpaya müsbət təsir edib. Əlbəttə, quru sərhədləri açıq olsaydı bərpa daha çox olardı və ölkəyə gələn və gedənlərin sayı da artmış olardı.

Hazırda Azərbaycan müharibədən çıxmış vəziyyətdədir və təhülkəsizlik məsələlərinə əhəmiyyət verir. Təəssüflər olsun ki, bəzi Avropa ölkələrindən Azərbaycana müəyyən təsirlər, təzyiqlər var. Eyni zamanda qonşu ölkələrlə arzuolunmaz müəyyən gərginliklər yaşanıb.

Bütün bunların fonunda biz cəmiyyət olaraq anlayırıq ki, təhlükəsizlik olmazsa, hansısa turizmdən, səfərdən söhbət gedə bilməz. Bizim üçün ilk növbədə vətəndaşların təhlükəsizliyidir və təhlükəsiz şəraitdə bazarın bərpa olunmasına yönəlməliyik.

İnanıram ki, Azərbaycanda turistlərin sayı artacaq. Çünki ölkəmizdə qəbul olunan turist sayı potensialdan çox aşağıdır. Pandemiyadan öncəki rəqəm belə, böyük deyil. Yəni 3 milyondan artıq xarici turistin ölkəyə səfəri elə də böyük rəqəm sayılmır. Ümid edirəm ki, gələcəkdə bu məsələlər müsbət həllini tapacaq.

Ölkənin təhlükəsizliyi, hər hansı gərginliyin yaşana biləcəyi ilə bağlı bütün məsələlər diqqətə alınır və qərar da təhlükəsizliklə bağlı olduğuna görə müəyyən gecikmələr olur. Buna baxmayaraq, Azərbaycan böyük tədbirlərə ev sahibliyi edir.

Beləliklə, Azərbaycan COP29 kimi böyük bir tədbirə ev sahibliyini öz üzərinə götürüb və buna ciddi şəkildə hazırlaşır. Bu kimi tədbirlər davam etdirilir, hava məkanımız açıqdır. Arzu edərdim ki, bizim paytaxtda olan beynəlxalq hava limanından başqa digər hava limanlarımız da daha aktiv şəkildə çalışsınlar və daha ucuz hava daşıyıcıları şirkətləri Azərbaycana dəvət olunsunlar ki, turistlərimizin sayı da artsın.

Böyük ehtimal ki, bəzi məsələlər öz həllini tapandan sonra quru sərhədlərimiz açılacaq və Azərbaycan da daha çox turisti qəbul edəcək”.

Bölmənin digər xəbərləri

21 Aprel 2025 Möhtəkirlərdən daha bir SÜNİ BAHALAŞMA - RƏSMİ İFŞA
20 Aprel 2025 Şamaxı Humanitar Kollecinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
19 Aprel 2025 Yalnız iki İcra Hakimiyyətinin tenderlərini udan şirkət: “Eko Ferma Azərbaycan” MMC
19 Aprel 2025 “Real Tibb Mərkəzi”-nin vergi borcu üzə çıxıb - FOTO
19 Aprel 2025 Azərbaycanın dövlət borcu AÇIQLANDI
19 Aprel 2025 Qarabağın QHT işğalı (I yazı)
18 Aprel 2025 Gömrük generalının qardaşı ölkədən külli miqdarda pul çıxarıb…
18 Aprel 2025  Banklar 3 ayda faizlərdən 1 milyarddan çox pul qazanıblar – Tam siyahı
18 Aprel 2025 DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar var - Hesablama Palatası
17 Aprel 2025 Kartofun bir kiloqramı xaricə 56 qəpiyə, əhaliyə 1 manat 25 qəpiyə satılıb – Rəsmi
17 Aprel 2025 Dövlət Agentliyi: I rübdə 56 min manata yaxın vəsait istehlakçılara qaytarılıb
17 Aprel 2025 ADY: Ələt-Osmanlı-Astara dəmiryol xəttinin yenidən qurulması 2027-ci ilədək tamamlanacaq
17 Aprel 2025 “Zeytun Pharma”nın rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
16 Aprel 2025 Əhaliyə PİS XƏBƏR: Qiymətlər kəskin artacaq, bundan ... - NƏ ETMƏLİ?
16 Aprel 2025  Daha çox hansı bank kartlarından pul oğurlanır? - AKTUAL
15 Aprel 2025 Bu bank kredit verə bilmir, verdiyini də geri ala bilmir - TƏFƏRRÜAT
15 Aprel 2025 Dollarla bağlı VACİB MƏLUMAT...
15 Aprel 2025 Azərbaycan siqaretin bir “paçka”sını Rusiyaya 35 qəpiyə satıb
14 Aprel 2025 Tezliklə çətinliklər başlayacaq: “Hazır olmalıyıq” - Dünya ŞOKDA!
13 Aprel 2025 Trampın Çinlə ticarət müharibəsində "həssas nöqtəsi" tapıldı

Dünyapress TV

Xəbər lenti