Fevralın 1-dən tətbiq olunacaq 10, 20, 30 AZN haqq tutulacaq...
Azərbaycanda fevralın 1-dən etibarən avtomobillərin texniki baxışı zamanı utilizasiya haqqı hesablanacaq. Bu, avtomobilin ilinə uyğun olaraq tətbiq olunacaq.

Bu proses Azərbaycanda avtomobil parkına necə təsir edəcək? Avtomobillərin yenilənməsinə, qiymətlərə təsir göstərəcəkmi?

Mövzu ilə bağlı BAKU.WS-ə açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib ki, istehsal ili 10 ilədək olanlarda 10 AZN, istehsal ili 10 ildən 20 ilədək olanlarda 20 AZN, 21 ildən 30 ilədək olanlarda 30 AZN və 31 ildən daha artıq müddəti əhatə edən avtomobillər üçün isə 40 AZN utilizasiya haqqı müəyyənləşib. Bu, fevralın 1-dən etibarən tətbiq olunacaq.

Deputat əlavə edib ki, burada məqsəd avtomobil parkının yenilənməsinə nail olmaqdır: “Çünki utilizasiya haqlarından əldə olunacaq vəsait utilizasiya fondunun yaradılması üçün istifadə olunacaq. Bu fond ili köhnə olan avtomobillərin bütövlükdə alınması, onların istismardan çıxarılmasına xidmət edəcək.

Vətəndaşlar öz avtomobillərini könüllü şəkidlə təqdim edərək utilizasiya fondundan vəsait ala biləcəklər. Gözlənilir ki, daha köhnə avtomobillərin utilizasiyası reallaşacaq. Nəzərə almaq lazımdır ki, bəzi avtomobillər kifayət qədər köhnədir və bəziləri isə heç istifadə də olunmur. Onların fond tərəfindən alınması və istismardan çıxarılması gözlənilir.

Bu proses avtomobil parkının mərhələli şəkildə yenilənməsinə xidmət edəcək. Eyni zamanda nəzərə almaq lazımdır ki, Nazirlər Kabineti istehsal ili 10 ildən yuxarı olan avtomobillərin idxalını qadağan edib. Utilizasiya fondunun yaradılması birbaşa avtomobil bazarına təsir etməyəcək. Burada məqsəd parkın yenilənməsinə nail olmaqdır. Hələlik ciddi şəkildə və çox sayda avtomobilin utilizasiyası gözlənilmir. Gələcəkdə isə utilizasiya olunacaq avtomobillərin sayında artım müşahidə olunacağı gözlənilir. Lakin avtomobil bazarındakı qiymətlərə təsir göstərəcəyi də ehtimal olunmur”.

Nəqliyyat eksperti Eldəniz Cəfərli isə BAKU.WS-ə deyib ki, qiymətlərdə artım müşahidə ediləcək: "Azərbaycana idxal olunan avtomobillərdən digər rüsumlarla yanaşı, utilizasiya rüsumu da tutulacaq. Buraxılış ili dörd ildən çox olan avtomobillərə görə 400 AZN, 7 ildən çox olan avtomobillərə görə isə 700 AZN alınacaq.

Bundan əlavə ölkə daxilində də köhnə avtomobillərdən utilizasiya pulu alınacağı açıqlanıb. Hələlik bu rüsumun məbləği və forması ilə bağlı rəsmi açıqlama olmayıb. Lakin utilizasiya haqqınının yığılması ölkə daxilində avtomobillərin qiymətinin bahalaşması ilə nəticələnəcək. Köhnə maşınların qiyməti 3-5% aralığında yüksələcək”.
 
 
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 Möhtəkirlərdən daha bir SÜNİ BAHALAŞMA - RƏSMİ İFŞA
20 Aprel 2025 Şamaxı Humanitar Kollecinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
19 Aprel 2025 Yalnız iki İcra Hakimiyyətinin tenderlərini udan şirkət: “Eko Ferma Azərbaycan” MMC
19 Aprel 2025 “Real Tibb Mərkəzi”-nin vergi borcu üzə çıxıb - FOTO
19 Aprel 2025 Azərbaycanın dövlət borcu AÇIQLANDI
19 Aprel 2025 Qarabağın QHT işğalı (I yazı)
18 Aprel 2025 Gömrük generalının qardaşı ölkədən külli miqdarda pul çıxarıb…
18 Aprel 2025  Banklar 3 ayda faizlərdən 1 milyarddan çox pul qazanıblar – Tam siyahı
18 Aprel 2025 DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar var - Hesablama Palatası
17 Aprel 2025 Kartofun bir kiloqramı xaricə 56 qəpiyə, əhaliyə 1 manat 25 qəpiyə satılıb – Rəsmi
17 Aprel 2025 Dövlət Agentliyi: I rübdə 56 min manata yaxın vəsait istehlakçılara qaytarılıb
17 Aprel 2025 ADY: Ələt-Osmanlı-Astara dəmiryol xəttinin yenidən qurulması 2027-ci ilədək tamamlanacaq
17 Aprel 2025 “Zeytun Pharma”nın rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
16 Aprel 2025 Əhaliyə PİS XƏBƏR: Qiymətlər kəskin artacaq, bundan ... - NƏ ETMƏLİ?
16 Aprel 2025  Daha çox hansı bank kartlarından pul oğurlanır? - AKTUAL
15 Aprel 2025 Bu bank kredit verə bilmir, verdiyini də geri ala bilmir - TƏFƏRRÜAT
15 Aprel 2025 Dollarla bağlı VACİB MƏLUMAT...
15 Aprel 2025 Azərbaycan siqaretin bir “paçka”sını Rusiyaya 35 qəpiyə satıb
14 Aprel 2025 Tezliklə çətinliklər başlayacaq: “Hazır olmalıyıq” - Dünya ŞOKDA!
13 Aprel 2025 Trampın Çinlə ticarət müharibəsində "həssas nöqtəsi" tapıldı

Dünyapress TV

Xəbər lenti