Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: -
Dini mövzularda fərqli fikirləri cəmiyyət tərəfindən çox vaxt birmənalı qarşılanmayan ilahiyyatçı Elşad Miri bu dəfə sünnətlə bağlı açıqlaması ilə qalmaqal yaradıb. Belə ki, onun “Qurani-Kərim”də oğlan uşaqlarının sünnət edilməsi məsələsi yoxdur” fikri geniş müzakirələrə yol açıb. İlahiyyatçı İslamın mənbəyinin “Qurani-Kərim” olduğunu və Allahın öz kitabında sünnətlə bağlı heç nə bildirmədiyini deyib. Lakin bir çox din xadimləri, eləcə də cəmiyyətin əksər hissəsi Elşad Mirinin fikirləri ilə razılaşmayaraq, onu tənqid atəşinə tutub. Uzun illərdən sonra ilahiyyatçının belə bir qənaətlə çıxış etməsi onun şəxsi ilə bağlı da bəzi suallar yaradıb. Maraqlıdır ki, iki oğul atası olan Elşad Miri özü necə, övladlarını sünnət etdiribmi?

"DİA-AZ" xəbər verir ki, mövzu ilə bağlı konkretaz-a açıqlamasında ilahiyyatçı iki oğlan övladını doğulandan bir ay sonra sünnət etdirdiyini təəssüflə bildirib: “O zaman indiki qənaətə gəlməmişdim. İnsan araşdırdıqca fikirləri və baxış bucağı dəyişir. Hər zaman eyni fikirdə ola bilmərik. Bir neçə ildir bu qənaətə gəlmişəm. Hazırda isə böyük oğlumun 13 yaşı var. Digər övladım isə 7 yaşındadır. Hər ikisini doğulandan bir ay sonra sünnət etdirmişəm. Amma yenidən oğlan övladım olsa, sünnət etdirmərəm”.

Elşad Miri bəzi xalqlarda bunun adət halında həyata keçirildiyini bildirib: “Araşdırma aparıb öyrənirdim ki, yəhudilər uşaq doğulandan 8 gün sonra sünnət etdirirlər. Sonra guya Peyğəmbərin (s.ə.s) özünün sünnətli doğulduğunu rəvayətlərdə oxuyurdum. Amma öyrənəndə ki, bu, bir xəstəlikdir və Peyğəmbərin özü İslama görə deyil, sırf adət-ənənə səbəbindən sünnət edilib, həmin an fikirlərim dəyişməyə başladı. Üstəlik, “Qurani-Kərim”də bununla bağlı heç bir məlumat yoxdur və hətta Peyğəmbərin (s.ə.s) öz uşaqlarını da sünnət etdirməsinə dair məlumatlara rast gəlinmir”.

Elşad Miri əlavə edib ki, övladlarımızın razılığı olmadan onların üzərində cərrahiyə əməliyyatı aparmağımız doğru yanaşma deyil: “Digər tərəfdən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu məsələ ilə bağlı tədqiqatlarında sünnətin xeyir və zərərləri haqda məlumatlar yer alıb. Bütün bunların timsalında mən də belə bir nəticəyə gəldim”.

Müsahibimizin sözlərinə görə, sünnət yalnız həkim məsləhəti və tibbi zərurət fonunda edilə bilər: “Amma bunu adət-ənənə və İslamın şərti kimi etməyimiz doğru deyil. Birmənalı şəkildə biz övladlarımız üzərində bu cür haqq və hüquqa sahib deyilik. Həm də nəzərə almaq lazımdır ki, müəyyən yaşda sünnət edilən uşaqlar ciddi travma alırlar. Bu, həmin uşaqlara qarşı zülm deyilmi? Gələcəkdə bununla bağlı uşaqda hansısa problemlər yarana bilər. Ona görə də, insanları qəti şəkildə bundan çəkinməyə çağırıram. Digər tərəfdən, həkimlər sünnətlə bağlı elə xırdalıqları izah edirlər ki, dediklərimin həqiqət olduğuna şübhə qalmır”.
 

Bölmənin digər xəbərləri

13 May 2025 Yeni Papanın İznik səfərinin arxasında nə dayanır?
10 May 2025 Batin alimi yazır: Quran - "odlu dil"də yazılmış müqəddəs kitabdır!
09 May 2025 Yeni seçilən Roma Papasının kimliyi məlum oldu-FOTO
09 May 2025 Yeni Roma Papası seçildi
09 May 2025 Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin vaxtı açıqlandı
08 May 2025 Vatikanda ilk gün uğursuz oldu – Yeni Papa seçilmədi
04 May 2025 İSLAM TARİXİNƏ DAİR YANLIŞ BİLGİLƏR – 11 HZ.MUHƏMMƏDİN BARMAĞI İLƏ AYI İKİYƏ BÖLMƏSİ HADİSƏSİ TARİXDƏ BAŞ VERİBMİ?
30 Aprel 2025 Şeyx Həcc kvotasını doldura bilmir: baha qiymət, yoxsa... - DİNİ TURİZM TƏNƏZZÜLDƏ?
30 Aprel 2025 Dövlət Baxçalı Celal Şengörə ağır sözlər dedi
28 Aprel 2025 Heydər məscidinə memarlıq abidəsi statusu verildi
27 Aprel 2025 Papanın dəfninə qatılan insanların SAYI
26 Aprel 2025 Roma Papası Fransisk bu gün dəfn olunur
22 Aprel 2025 16 milyon dollar sərvəti var imiş - Kimə qalacaq?
22 Aprel 2025 Fransisk öldü, 900 illik kəhanət gündəmdə: - Sonuncu Papadır?
21 Aprel 2025 Papa öldü- Vatikanın yeni lideri onlardan biri olacaq
21 Aprel 2025 Papa Fransiskin həyatı- Təmizlikçi, mühafizəçi kimi işləyib...
18 Aprel 2025 İlham Əliyev Azərbaycanın xristian icmasını TƏBRİK ETDİ
14 Aprel 2025 ABŞ tarixində ən böyük əməliyyat başlayır – 1 milyon nəfər…
02 Aprel 2025 MİNARƏ ƏNƏNƏSİ PEYĞƏMBƏRDƏNMİ GƏLİR? - İSLAM TARİXİNƏ DAİR YANLIŞLAR – 2
02 Aprel 2025 Azərbaycanda 6 min ödəyib Həccə getmək istəyənlərin sayı niyə azalıb? - AÇIQLAMA

Dünyapress TV

Xəbər lenti