|
Xavi Ernandes 2023/2024 mövsümünün sonunda klubu tərk etmək qərarına gəldiyi üçün yayda “Barselona”nın sükanı arxasına yeni baş məşqçi keçəcək.
Fanat.az “Sport.es”-ə istinadən xəbər verir ki, Kataloniya nəhəngi artıq bir neçə mütəxəssisin – Tyaqo Motta, Miçel, Mikel Arteta, Tomas Tuxel və Antonio Kontenin namizədliyini gözardı edib.
Xüsusilə sonuncunun bəyənilməməsi birmənalı qarşılanmayıb. Ancaq mənbə adının çəkilməsini istəməyən anonim klub rəsmisi rəhbərlik italyan mütəxəssisin “Barselona”nın oyun fəlsəfəsinə tam uyğun gəlmədiyi qənaətindədir.
Qeyd edək ki, Antonio Konte “Tottenhem”dən ayrıldıqdan sonra bir ilə yaxındır ki, klubsuzdur.
“Barselona” növbəti oyununu fevralın 11-də – İspaniya çempionatında evdə “Qranada”ya qarşı keçirəcək.