|
“Əl-İttihad”ın futbolçusu Kərim Benzema karyerasını Fransa Liqa 1-də davam etdirə bilər.
Fanat.az xəbər verir ki, məlumatı “The Guardian” yayıb.
Xəbərə görə, fransalı hücumçu “Olimpik Lion”un diqqət mərkəzindədir. Artıq klub rəsmiləri ilə ulduz futbolçu arasında danışıqlar başlayıb.
Xatırladaq ki, Benzema 2023-cü ilin yayında “Əl-İttihad”a keçib. Onun Səudiyyə Ərəbistanı klubundan ayrılacağı gözlənilir. Fransalı forvard cari mövsüm klubunun forması ilə 20 matça çıxaraq 12 qol vurub və 5 məhsuldar ötürmə edib.