SSRİ yığma komandasının məşhur qapıçısı Rinat Dasayev “Matç TV”-yə 1986-cı ildə Meksikada dünya çempionatında başına gəlmiş hadisəni danışıb.
Azpost.info-nun məlumatına görə, R.Dasayev deyib ki, çempionatın keçirildiyi Meksikada şərait pis deyildi. “Amma yemək özünəməxsus idi. Rus mətbəxindən istifadə etməyə cəhd edirdik. Amma yenə də yerli mətbəxin acı yeməklərəindən qaçmaq olmurdu. Mən meyvə yedim və allergiya tutdum. Oyunun başlanmasına bir gün qalmış xəstəxanaya apardılar. 12 saat iynə -sistemin altında yatdım”.
Həmin çempionatda keçirilmiş SSRİ- Macarıstan oyunu barədə danışan Dasayev deyib ki, rəqibə qarşı meydanda pressinq etmək əsas hədəf kimi qoyulmuşdu: “Topu tez almaq və qol vurmaq. Belə də elədik. Macarların küncdən zərbə nəticəsində başla cəmi bir zərbəsi yadda qaldı. Qalan oyun biizm diqtə altında keçdi. Bütün qollar gözəl vuruldu”.
Həmin oyunda SSRİ Macarıstana 6 top vurmuşdu. 1986-cı il çempinatında SSRİ səkkizdə bir finala çıxa bilmişdi. Burada əlavə vaxtda Belçikaya məğlub olmuşdu.
Rinat Dasayev sovet futbolunun populyar adlarından sayılır. Özünün müxtəlif vaxtlarda verdiyi müsahibələrində maraqlı məsələlərə toxunub.
Dasayevin müsəlman valideynləri onu dini inanclarının ciddi ənənələri altında böyüdüblər. Qitə Xokkey Liqasının rəsmi saytına müsahibəsində Dasayev demişdi ki, uşaqlıqdan bəri inanclı insan olub və oyunlar zamanı həmişə “Quran” kitabını özü ilə götürüb.
Komanda yoldaşları, məşqçilərin ağlına da gəlmirdi ki, Rinatın ehtiyat əlcəkərinin olduğu çantada mollanın ona hədiyyə etdiyi “Quran” kitabını saxlayır.
Məşqçi Konstantin Beskov Dasayevin inancına hörmət edərək onu bayram günlərində məscidi ziyarət etməsinə icazə verirdi.
Amma məşhur idmançıların dini görüşlərini açıq nümayiş etdirməsi sovet vaxtı bəyənilmirdi. Bununla bağlı Dasayevin Dövlət Təhlükəsizliyi Komitəsinə də çağırıblar. Düzdür, idmançı töhmət və xəbərdarlıqla canını qurtara bilmişdi: “Sən başa düşməlisən ki, əgər Qərbdə qəzetlər bu barədə yazsalar böyük qalmaqal qopacaq. Düşmən radioları bunu bütün dünyaya yayacaq”-deyə DTK-nın zabiti ona demişdi.
“Ailəm inanclı idi. Mən özüm də uşaq vaxtından inanclı böyümüşəm. Evdə həmişə “Quran” olub. Həmişə mənə kömək olub. Komandada hamı bilirdi ki, mən məscidə gedirəm. Sovet vaxtında buna yaxşı baxmırdılar. Bir dəfə yüksək vəzifəli məmur mənə dedi: “Mənə məscidə getmək olar, sənə yox- Ona görə ki, sən hamının gözü qarşısındasan”-deyə əfsanəvi qapıçı deyib.
“O zaman çox şey eləmək olmazdı. Məsələn, məşq zamanı zarafat etmək olmazdı”-deyə Dasayev bildirib.
Cəzadan qurtulmasına qapıçıya ümumxalq məhəbbəti rolunu oynamışdı.
Rinat məscidə getməyə davam edirdi. Amma çalışırdı ki, adamların az olduğu zamana təsadüf etsin.
“Quran”ın olduğu çantasını isə İspaniyada oyunların birində oğurladılar. Qələbə qazandıqdan sonra bir -birini təbrik edən zaman Dasayevin qapıdan uzaqlaşması orada qoyduğu çantanın oğurlanması ilə nəticələnib. Ondan sonra Dasayev final fitinə qədər çantasını əlindən buraxmırdı.
Rinat Dasayev Avropa Çempionatının gümüş mükafatçısı, Olimpiya oyunlarının bürünc mükafatçısı, ikiqat SSRİ çempionu olub.
Məşhur qapıçı ötən il 65 yaşını qeyd edib.