Məhkumların məktəbində 63 min manat mənimsəyən direktor: - “Pulu müalicəmə xərclədim”
Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2 saylı xüsusi əyani-qiyabi tam orta məktəbinin sabiq direktoru Əmrah Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
TEREF Teleqraf-a istinadən xəbər verir ki, Əmrah Səfərov 63 min 636 manat məbləğində mənimsəmədə ittiham olunub.
İş üzrə zərərçəkmiş qismində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tanınıb.
Qeyd edək ki, xüsusi məktəbdə yetkinlik yaşına çatmayan məhkumlar təhsil alır.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ifadə verən Əmrah Səfərov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O, ifadəsində göstərib ki, müəllimlik fəaliyyəti ilə məşğul olub məktəb direktoru vəzifəsində çalışıb: “Cəzaçəkmə müəssisəsində məhbus şagirdlərə dərs vermişəm. Həmin şagirdlərin yaşı 25-dən çox olub. Ailəliyəm, 3 qız övladım var. Cəzaçəkmə müəssisəsində 20 faiz əlavə maaş verildiyinə görə müəllimlik fəaliyyətinı həmin müəssisədə davam etdirmişəm”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 1996-cı ildən ona onkoloji xəstəlik diaqnozu qoyulub və həmin il əməliyyat olunub: “Müalicəmi davam etdirə bilmədiyim üçün bu cinayət hadisəsini törətdim. Müəllimlərin bəziləri maaşlarının az olduğu üçün dərsə gəlmək istəmirdilər. Lakin dərslərə görə əməkhaqqı almaq istədiklərini bildirirdilər. Bəzi müəllimlər arabir dərsə gəlirdi. Onların işə gəlmə-getmə cədvəlini mən doldururdum, maaşı isə özləri alırdılar. Aldıqları maaşın bir qismini də mənə verirdilər. Törətdiyim cinayət əməlindən peşmanam. 2019-cu ildə böyrəyimdən əməliyyat olunmuşam. Lakin müalicələr effekt vermədi. Cinayət yolu ilə əldə etdiyim pulları müalicəm üçün xərcləmişəm”.
Məhkəmənin hökmü ilə Əmrah Səfərovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 5 il 6 ay müddətinə şərti cəza verilib. O, 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilib.
Vurulmuş ziyanın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus mənzil və 1999-cu il buraxılışı olan “Mercedes C180” markalı avtomobilə xüsusi müsadirə tətbiq edilib və dövlət nəfinə alınması qərara alınıb.
Xüsusi müsadirənin təmin tədbiri kimi Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən mənzil və dövlət qeydiyyat nişanlı “Mercedes C180” markalı avtomobil üzərinə həbs qoyulub.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Həmçinin təqsirləndirilən şəxsə məxsus mənzilə və avtomobilə tətbiq edilmiş xüsusi müsadirənin, həmin əmlakların üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair qərar qəbul edilməsi xahiş edilib.
Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, təqsirləndirilən şəxs ittihamı qəbul etmir, nə istintaqda, nə də məhkəmə zalında ona etibar edilən hər hansı əmlakı talamayıb, heç kim bunu sübut edə bilməyib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Əmrah Səfərovun şikayəti qismin təmin edilib. Hökmdən Nərimanov rayonunda yerləşən mənzilə və “Mercedes C180” markalı avtomobilə xüsusi müsadirənin tətbiq edilməsi, üzərinə həbs qoyulması ilə bağlı müddəalar çıxarılıb.
Bu qərardan narazı qalan dövlət ittihamçısı Ali Məhkəməyə müraciət edib. Dövlət ittihamını müdafiə edən prokuror əmlakların üzərinə həbs qoyulmasını tələb edib.
Hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib və iş yenidən araşdırılması üçün apellyasiya instansiyası mərhələsinə qaytarılıb.
 

Bölmənin digər xəbərləri

24 Aprel 2025 DİQQƏT! Bakıda bu binaların sakinləri köçürüləcək - Çox pul almaq üçün…
24 Aprel 2025 Naxçıvanda Hesablama Palatası DTX və Baş Prokurorluğa müraciət edib
24 Aprel 2025 Körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı- SON DƏQİQƏ
24 Aprel 2025 Camalovlar ailəsinin 55 min dolları və 156 ədəd qızıl-zinət əşyası oğurlanıb - “BTB BANK”ın SAXLANCINDAN ŞOK OĞURLUQ
24 Aprel 2025 Növbə STOMATOLOQLARDA – İndi də onların sənədləri YOXLANILIR
23 Aprel 2025 Gəncədə şagirdlər arasında mübahisə düşüb, xəsarət alan var
23 Aprel 2025 Hacıqabuldakı sel yolu UÇURDU, sakinlər çətin VƏZİYYƏTDƏ - İcr Hakimiyyətinin nəzərinə VİDEO
23 Aprel 2025 Baş Notarius VƏZİFƏSİNİ İTİRDİ — Ədliyyə Nazirliyində KORRUPSİYA ƏMƏLİYYATI?
23 Aprel 2025 Mal əvəzinə qoyun əti, qoyun əvəzinə toyuq, toyuq əvəzinə... - "İstehlakçıların aldadılması yolverilməzdir"
22 Aprel 2025 Rəşad Cəbrayılov yeni başçı təyin edilən Rüstəm Xəlilovun `saqqızını oğurlaya` bilib - İLGİNC İDDİALAR
22 Aprel 2025 “Pilot-16” qalmaqalı böyüyür – Prorab məhkəmə zalında həbs edildi
22 Aprel 2025 Azəriqazda mütəxəsis qıtlığı ,yoxsa SOCAR-çoxvəzifəlilik siyasəti davam edir
22 Aprel 2025 Şərurlu İsfəndiyarın oğlunun həbsi ilə bağlı ŞOK İDDİA – Türkiyədən…
21 Aprel 2025 ABŞ-də təyyarə qəzası: Ölənlər var
21 Aprel 2025 “EŞKİYA DÜNYAYA HÜKÜMDAR OLMAZ” HİKAYESİ…
21 Aprel 2025 Bakıda şadlıq sarayında KÜTLƏVİ DAVA: Polis müdaxilə ETDİ
21 Aprel 2025 Qəzada sağ qalan sürücünü köməyə gələn kranın trosu öldürdü
21 Aprel 2025 Bakıdakı yanğın zamanı beş avtomobil külə döndü — VİDEO
21 Aprel 2025 Uşağa pul göstərib sonra oğurlayıbmış — VİDEO
20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB

Dünyapress TV

Xəbər lenti