Məqsədli tıxaclar və yaxud paytaxtın nəqliyyat CƏHƏNNƏMİNƏ ÇEVRİLMƏSİ -
Bakıda yol-nəqliyyat problemləri həll olunmaq əvəzinə daha da dərinləşir. Buna səbəb isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sistemsiz və məntiqsiz qərarlarıdır. Paytaxtın Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsində yerləşən yolayrıcı aylardır bağlı qalsa da, bu müddət ərzində problemin həlli istiqamətində heç bir addım atılmayıb.

Yenicag.az-ın məlumatına görə, orada yerləşən işıqfor artıq funksionallığını itirsə də, AYNA onu saxlamaq üçün qeyri-ciddi bir üsula əl atıb – həmin ərazidə əlavə piyada keçidi zolağı çəkilib. Halbuki, cəmi 20 metr məsafədə piyadalar üçün keçid mövcuddur. Şəhərin bir çox nöqtələrində piyadalar təhlükəsiz keçid tapmadığı halda burada süni şəkildə ikinci keçid yaradılması, sözün əsl mənasında, məntiqsizdir. Bu addımın yeganə məqsədi isə həmin işıqforu orada saxlamaqdır.

Yeri gəlmişkən, onu da bildirək ki, bu yol əvvəllər sürücülər üçün önəmli keçid nöqtəsi olub. Belə ki, əvvəllər Əziz Əliyev küçəsindən Neftçilər prospektinə birbaşa çıxış mümkün olduğu üçün nəqliyyat rahat hərəkət edirdi. Lakin yol bağlandıqdan sonra sürücülər məcbur olub alternativ yollardan istifadə edirlər. Nəticədə isə Neftçilər prospektinə əlavə nəqliyyat axını yaranıb ki, bu da günün istənilən saatında uzun tıxaclara səbəb olur.

Ən böyük problem isə AYNA-nın bu vəziyyəti həll etmək yerinə, daha da ağırlaşdırmasıdır. Çünki qurum Bakının yol infrastrukturunu tənzimləmək əvəzinə, vəziyyəti qeyri-peşəkar qərarlarla xaosa sürükləyir.

Onu da deyək ki, AYNA-nın sistemsiz yanaşması yalnız bu yolla məhdudlaşmır. Bakıda taksilər üçün xüsusi zolaqlar yaradılmadığına görə sürücülər məcbur olub sərnişinləri təyinat nöqtəsindən uzaqda düşürməyə çalışırlar. Bu da yol kənarında nizamsız dayanmalara, həmçinin paytaxtın əsas küçə və prospektlərində süni sıxlığa səbəb olur. Əgər AYNA bu problemi həll etmək istəsə, dünya təcrübəsinə uyğun olaraq paytaxtın əsas yollarında taksi zolaqları təşkil edərdi. Lakin görünən odur ki, qurum vəziyyəti düzəltmək əvəzinə, sürücüləri çətin vəziyyətə salmağa davam edir.

Bundan əlavə, AYNA həmçinin sözügedən ərazidə yerləşən avtobus yollarında da xaotik vəziyyət yaradıb. Daha dəqiq desək, Neftçilər prospektinin üzü Bayıl istiqamətinə gedən tərəfi – Qız qalası tərəfdən gələn avtobus zolağı ləğv edilsə də, Azərbaycan Dövlət Kukla Teatrı tərəfindən üzü 8 Noyabr prospekti istiqamətində gələn avtobus zolağı saxlanılıb. Bu isə Niyazi küçəsi və Bayıl istiqamətindən gələn avtomobillərin sıxlıq yaşamasına səbəb olur. Həm işıqforun lazımsız şəkildə saxlanılması, həm də avtobus zolaqlarında yarımçıq və sistemsiz dəyişikliklər yollarda xaosa gətirib çıxarır.

Qısacası, AYNA-nın düşünülməmiş qərarları Bakının əsas yollarında vəziyyəti çıxılmaz hala salıb. Əvəzində isə nə yeni həll yolları təqdim edilir, nə də mövcud problemlərin aradan qaldırılması üçün effektiv addımlar atılır. Sırf bu qurumun başdansovdu fəaliyyətinin nəticəsidir ki, mərkəzi küçələrdə nəqliyyatın hərəkəti tamamilə tormozlanıb, yollar tıxac içindədir və vətəndaşlar hər gün bu vəziyyətin əziyyətini çəkirlər.

Qurumun əsas vəzifəsi şəhər yollarında hərəkəti rahatlaşdırmaq olsa da, görünən odur ki, AYNA prosesə tam tərsinə yanaşır. Məntiqsiz qərarlar, sistemsiz planlaşdırma və uğursuz yol siyasəti paytaxtı nəqliyyat cəhənnəminə çevirib. Əgər bu yanaşma bir müddət də davam edərsə, Bakıda nəqliyyatın vəziyyətinin daha da acınacaqlı hala düşəcəyini kimsə istisna etmir.

 

Bölmənin digər xəbərləri

20 Fevral 2025 Avropanın ən təhlükəli manyakı – o, 20 ildə 80-dən çox qadını öldürüb
20 Fevral 2025 Bakıda hərraca çıxarılan lüks “Rolls Royce”un sahibi kimdir? - FOTOLAR
20 Fevral 2025 Məktəbdə bıçaqlanan xanım direktor: “Videoları mən yaymamışdım”
20 Fevral 2025 Daha bir nazir vəzifədən gedir – “Rayonda ikən sürpriz zəng gəlib və…”
20 Fevral 2025 “Təmiz Şəhər” milyonları “zibilə atıb”… – Rəsmi
20 Fevral 2025  "Bunun cavabını kim verməlidir?"
20 Fevral 2025 Qəzaya uğramış təyyarənin məsuliyyətini üzərinə götürmək Rusiyanın vicdan borcudur - ƏGƏR VARSA...
19 Fevral 2025 “Bəzi utanmazlar hələ də 23 fevralı kişi bayramı kimi qeyd edir” - aparıcıdan SƏRT ÇIXIŞ
19 Fevral 2025 Müştərinin pulunu alıb, aradan çıxdılar: Dələduz necə cəzalandırıla bilər? – VİDEO
19 Fevral 2025 "Belə çətin suallar verilərkən..." — Şagirdlərə imtahan sualları hazırlanarkən yaşları nəzərə alınırmı?
19 Fevral 2025 DTX İqbal Əbilovun istintaqını bitirdi - Lənkəranda məhkəmə başlayır
19 Fevral 2025 Faiq Əliyevin “Bona Dea”sının işinə baxılacaq gün məlum oldu
18 Fevral 2025 "Qumar kralı"nın cinayət işi ilə bağlı DETALLAR - RƏSMİ
18 Fevral 2025 Modelyerin atasını öldürənlər "Konkat Home"un sahibi Elnur Allahverdiyevin qohumlarıdır? - FOTO
17 Fevral 2025 Təsir agenti kimdir?
17 Fevral 2025 Sumqayıtdakı 1 №-li poliklinika maşın bazarını xatırladır - FOTOLAR
17 Fevral 2025 Bank hesablarından oğurluq tək şəxsiyyət vəsiqəsi ilə mümkündür – DİQQƏTLİ OLUN
17 Fevral 2025 Bu maşının alıcıları onu sata bilməyəcəklər - FOTO
17 Fevral 2025 Xəzərin suyu niyə qırmızı rəngə boyanıb? (VİDEO)
17 Fevral 2025 İmtahana kameralı eynək keçirməyə cəhd etdi - əməli ifşa OLUNDU

Dünyapress TV

Xəbər lenti