“Retems Group” dələduzluqda ittiham olunur –
Samux rayonu, Poylu kənd sakini İsmayılov Akif İsmayıl oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, “Retems Group” şirkəti 3 ay əvvəl, o da daxil olmaqla, ümumilikdə 16 nəfərdən xurma alsa da, hələ də pulunu ödəmir. A.İsmayılov bu məsələdə şirkətin baş direktoru Orxan Musayevi şirkətin Ruslan, Natiq, Seyfəddin və Bəşir adlı işçilərini ittiham edir:

“Mən, İsmayılov Akif İsmayıl oğlu, yazaraq bildirirəm ki, “Retems Group” şirkətinin baş direktoru Musayev Orxan və işçiləri Ruslan, Natiq, Seyfəddin və Bəşir dələduzluqla məşğuldurlar. Belə ki, onlar məndən və tanıdığım digər 16 nəfərdən xurma alaraq, pulumuzu mənimsəmişdir.

Şirkət rəhbəri tək bizim kənddən yox, başqa rayonlardan olan sakinləri də bu cür aldadıb. Onlardan İbrahimov Samir Azər oğlu, Əhmədov Ramazan Məhərrəm oğlu, İsmayılov Hüseyn Qasım oğlu, Alıyev Tural Elşad oğlu, Vəliyev Fariz Mübariz oğlu, Bağırov Nəsrəddin Sadəddin oğlu və daha çox sayda aldadılan insanlar var.

Biz halal zəhmətlə qazanmaq üçün həyətimizdəki meyvələri satmaq istəmişik. Biz nə biləydik ki, bu şirkət fırıldaqçılıqla məşğuldur?!

Səlahiyyətli qurumlardan xahiş edirəm ki, məsələ ilə bağlı bizə kömək etsinlər. Polisə hələ müraciət etməmişik. Amma bu hərəkətləri ilə bizi məcbur edirlər ki, onları polisə şikayət edək”.

“Retems Group” şirkətinin baş direktoru Orxan Musayev “Hürriyyət”ə bildirdi ki, sakinlərin pulunun ödənilməməsinə görə rəhbərlik etdiyi şirkət məsuliyyət daşımır:

“Bəli, biz şirkət olaraq xurma alışı ilə məşğuluq. Ola bilsin ki, adlarını çəkdiyiniz 16 nəfərin malı da bilavasitə bizə satılıb. Lakin biz bütün tədarükçülərimizin ödənişlərini etmişik. Yəni şirkətin heç bir tədarükçüsünə borcu yoxdur. Hansısa bir tədarükçümüz bu sakinlərin ödənişlərini çatdırmayıbsa, bu barədə xəbərimiz yoxdur”.

Şikayətçinin qeyd etdiyi Ruslan adlı şəxs isə dedi ki, o, şirkətin nümayəndəsi deyil, fərdi çalışır, məhsulu alır və satır.

P.S. Redaksiyamıza şikayət edən şəxslərdən biri isə vurğuladı ki, şirkətdən ona yaxın günlərdə ödəniş ediləcəyi bildirilib: “Dedilər ki, Bakıya gəlmə, səbrli ol, yaxında pulun veriləcək”. Maraqlıdır ki, “Retems Group” şirkətinin baş direktoru Orxan Musayev isə bütün iddiaları rədd edərək, şirkətin kimsəyə borcu olmadığını deyir.

Onu da qeyd edim ki, yuxarıda adları çəkilən hər bir şəxslə əlaqə saxlamağa çalışdıq, lakin zənglərimiz cavabsız qaldı. Şikayətçilərin redaksiyamıza göndərdiyi səs yazılarından isə aydın olur ki, Orxan Musayev bu işi Ruslanın boynuna atır, qarşı tərəf isə “Orxan niyə belə deyir, başa düşmürəm”, - deyə təccübünü bildirir.

Maraqlıdır, əgər belədirsə, bu insanların mənimsənilən pullarını kim qaytaracaq?
 
 
 

Bölmənin digər xəbərləri

11 Aprel 2025 Baş həkim klinikasına lift qoymağa icazə üçün 95 min verdi – Mənimsənildi
11 Aprel 2025 Səlahiyyət müddəti başa çatır: Ona yenidən etimad göstəriləcəkmi? - AKTUAL
11 Aprel 2025 Tibbi qurumların müəmmalı QAYDASI - Ölüm şəhadətnaməsi niyə GECİKDİRİLİR?
10 Aprel 2025 Azərbaycanda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ
10 Aprel 2025  Telman İsmayılov necə müflis oldu? - Kadırov izi...
10 Aprel 2025 “Şirkət “kupça”ları verməməklə əlavə pul qazanır, 3 min alır” - BU NƏDİ BELƏ?..
09 Aprel 2025 DİPLOMATİK KORPUSUMUZUN “AĞIR ARTİLLERİYALARI” – “Vurulmuşlar”, “makafatlandırılmışlar”, “elit ailələr”...
09 Aprel 2025 “ƏDV-ni geri al”da GERİ ALMAQ PROBLEMİ... - NƏ ETMƏLİ?
09 Aprel 2025 Sosial Xidmətlər Agentliyində nə baş verir: - Qapını sındırmaq istəyənlərlə bağlı TƏFƏRRÜAT
09 Aprel 2025  Heydərovların “London macərası” başa çatdı - DETALLAR
08 Aprel 2025 Bakıda velosiped yolu NƏYƏ LAZIMDIR? İşi bilmirsiz, İSTEFA VERİN! -Tural Abbaslı kimlərə OD PÜSKÜRDÜ? - VİDEO
08 Aprel 2025  Bakı Konqres Mərkəzində təmirin nə zaman yekunlaşacağı bilinmir - Alınmış biletlər necə olacaq?
08 Aprel 2025 Qazi Hacı Vəliyevlə bağlı qərar verildi
07 Aprel 2025 Türkiyəli blogerdən Bakıdakı "manatlıq" taksilərə qəribə reaksiya - VİDEO
07 Aprel 2025 Bank telefonla hansı məlumatı vətəndaşdan istəyə bilər? - VİDEO
07 Aprel 2025 Musiqi və incəsənət müəllimlərinin attestasiyası başa çatdı: 80 faiz uğur qazandı - VİDEO
07 Aprel 2025 İranda mədən çökdü: Ölən və yaralanan var
07 Aprel 2025 Salyanda sahibkar intihar ETDİ
07 Aprel 2025 Vahid Ələkbərov haqda yeni iddialar-əsgərlikdə niyə olmayıb?
06 Aprel 2025 UNEC-in Dərbənd Filialı Məzunları Diplom Böhranı Yaşayır: Təhsil Nazirliyi Niyə Susur? İDDİA

Dünyapress TV

Xəbər lenti