Avtobus qəzaya uğradı: çox sayda ölən və yaralanan varYaradılıb 07.02.2025 08:21 | Baxış sayı: 109İranda Sirç-Kerman avtomobil yolunda tələbə qızları daşıyan mikroavtobus aşıb, ən azı altı nəfər ölüb."Azad İran" "Telegram" kanal xəbər verir ki, bu barədə İranın Kerman əyalətinin Fövqəladə Hallar Xidməti məlumat verib.Kermanın təcili yardım şöbəsinin rəhbəri bildirib ki, mikroavtobusda 40 nəfər olub.Onlardan 15 nəfəri ağır yaralanıb, vəziyyətləri kritik hesab olunur. Facebook-da paylaş