Restoranlarda narazılıq yaradan servis haqqı - NƏ ETMƏLİ?
“Dənizkənarı Milli Parkdakı kafelərin birində menyuya uyğun olaraq sifariş verdim və menyuya əsasən sifarişimin 21 manat olduğunu gördüm. Lakin sonda mənə çek veriləndə orada 25 manat yazılmışdı”.

Bunu Meydan TV-ə şikayətlə müraciət edən oxuculardan biri deyib.

O qeyd edib ki, kafe işçiləri 4 manatın servis pulu olduğunu bildiriblər. Şikayətçi menyuda göstərilməyən və əvvəlcədən elan edilməyən servis haqqı ilə bağlı qalmaqal saldıqdan sonra kafenin işçiləri həmin pulu qəbzdən çıxarıblar.

“Mən onlara sual verdim ki, bəlkə mənim cibimdə cəmi 21 manat var və mən də hesabımın ona uyğun olduğunu görüb sifariş vermişəm? Ümumiyyətlə, hazırda bir çox kafe və restoran müştəridən məcburi olaraq servis haqqı alır ki, bu da düzgün deyil. Bəlkə mən həmin servisdən razı deyiləm və ona görə niyə pul verməliyəm ki? Bir kafedə mən bunu özüm üçün ləğv etdirdim. Amma Bakıda oturduğum bütün kafelərdə sonda dava sala bilmərəm axı”, – şikayətçi deyib.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bunun hazırda aktual məsələ olduğunu deyib və qeyd edib ki, belə bir hal istehlakçıların hüquqlarının pozulmasıdır.

Meydan TV-yə şərh verən E.Hüseynov qeyd edib ki, bununla bağlı istehlakçılar müvafiq dövlət qurumlarına şikayətlə müraciət edə bilərlər:

“Bu halda istehlakçının seçim və məlumat almaq hüququ pozulur. Amma qarşı tərəfin qanunvericiliklə məsuliyyəti yoxdur. Belə hal olanda istehlakçı qəbzi mütləq saxlamalıdır və onu Antiinhisar və Bazara Nəzarət Dövlət Xidmətinə təqdim etməlidir. Bundan sonra adını çəkdiyim dövlət qurumu müvafiq tədbir görməlidir”, – E.Hüseynov deyib.

İqtisadçı-ekspert Natiq Cəfərli vurğulayıb ki, menyuda çox kiçik şriftlə servis haqqının yazılması daha çox yayılıb:

“Bunu istehlakçının əvvəldən xədərdarlıq edilməsi kimi təqdim edirlər. Amma heç bu da yoxdursa və sonda qəbzə əlavə olunursa, bu, birmənalı olaraq istehlakçının hüququnun pozulmasıdır”.

N.Cəfərli də qeyd edib ki, qanunvericilikdə bununla bağlı boşluq var və bu kimi hallarda cəza nəzərdə tutulmayıb.
 

Bölmənin digər xəbərləri

26 Noyabr 2024 İstanbulda 70 kiloqram qızılla tutulan hərbi attaşe barəsində qərar
26 Noyabr 2024 Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
26 Noyabr 2024 "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
26 Noyabr 2024 Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
25 Noyabr 2024 Bakıda bu ərazilər plana düşdü: Tezliklə söküləcək
25 Noyabr 2024 Rusiya təyyarəsi Antalya hava limanında YANDI - VİDEO (YENİLƏNİB)
24 Noyabr 2024 Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
24 Noyabr 2024 AZƏRBAYCANLI İSTANBULDA 70 KQ QIZILLA TUTULDU - Kimliyi və hadisənin detalları bilindi + VİDEO
24 Noyabr 2024 Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi

Dünyapress TV

Xəbər lenti