Sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində Milli Məclisin 1, 2, 3, 4, 5 və 6-cı çağırış deputatı olmuş İmamverdi İsmayılov yenidən seçkilərə qatılmaq istəyir.
AzFakt.com xəbər verir ki, İmamverdi İsmayılov yenidən 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputat seçilmək niyyətindədir.
Onun hazırda iqtidarın yuxarı dairələri və YAP rəhbərliyi ilə danışıqlar apardığı bildirilir. Məlumata görə, iqtidar yetkililəri İmamverdi İsmayılovun yenidən deputat olmasına hələ ki, müsbət yanaşmırlar.
Bildirək ki, İmamverdi İsmayılov 24 ildir Milli Məclisdə deputat kimi fəaliyyət göstərir. Parlamentin lal deputatlar siyahısına düşən İsmayılov daha çox müxtəlif qalmaqalları ilə mətbuatın gündəminə düşüb.
Onuda qeyd edək ki, İmamverdi İsmayılov Milli Məclisin varlı deputatları siyahısındadır. Onun Sumqayıt şəhərində restoranları, şadlıq evləri, internet-klubları və dükanlarının olduğu deyilir. Həmçinin Sumqayıtda tikinti mallarının biznesində, Sumqayıt maşın bazarında payının olduğu bildirilir. Həmçinin ölkənin müxtəlif bölgələrində müxtəlif biznes sahələrinə sahibdir.