Bakıda baş həkimə kələk gəliblər
Ev almaq istəyən sabiq baş həkimi aldadıb külli miqdarda pulunu ələ keçiriblər. “Qafqazinfo” xəbər verir ki, söhbət Nəsimi rayonunda yerləşən 1 saylı uşaq poliklinkasının əvvəlki baş həkimi Ceyran Məmmədovadan gedir. Hazırda təqaüddə olan 70 yaşlı həkimi “Azər-Ross İk” MTK-nın sədri işləmiş Rauf Kərimov aldadıb.

İstintaq materiallarında yazılıb ki, zərərçəkmiş şəxs baş həkim işlədiyi vaxtlarda şəhərin mərkəz hissəsində mənzil almaq məqsədi ilə MTK rəhbərinə 87 min manat pul verib. Razılaşmaya əsasən, şirkət həmin pulun qarşılığında eks-baş həkimə Nəsimi rayonu ərazisində inşa edilmiş hündürmərtəbəli ev verməli imiş. C.Məmmədova pulu verdikdən bir müddət sonra onun yaxında köçməli olduğu evin əslində illər əvvəl başqa şəxsə satıldığını öyrənib. Həmin şəxsin də evi satmaq kimi bir fikri olmayıb. Bundan sonra zərərçəkmiş MTK rəhbəri Rauf Kərimovdan şikayət edib. R.Kərimov əvvəl həbs edilsə də, sonradan azadlığa buraxılıb. Hazırda barsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İstintaq vaxtı zərərçəkmiş C.Məmmədovanın ifadəsi əsasında maraqlı məqam ortaya çıxıb. Məlum olub ki, şirkət rəhbərinin ona satacağını dediyi ev Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (ləğv edilib-red) keçmiş aparat rəhbəri Vidadi Zeynalovun olub.

Məlumat üçün deyək ki, V.Zeynalov 2015-ci ildə korrupsiya cinayətlərinə görə həbs edilib. Həmin vaxt onun özünün və ailə üzvlərinin 50 milyona yaxın qiymətləndirilən əmlakı üzərinə həbs qoyulmuşdu. Sonradan isə həmin əmlakların bir qismi sahiblərinə qaytarılıb.

MTK rəhbəri R.Kərimov zərərçəkmiş şəxsə özünü Vidadi Zeynalovun kirvəsi kimi təqdim edib. Deyib ki, V.Zeynalovun cinayət işinə görə, 2008-ci ildə mənzili onun adından çıxararaq yaxınının adına keçirib. Onun dediyinə görə, mənzilin əsl sahibi də evinin satıldığını bilmir.

İstintaq vaxtı mənzilin qanuni sahibi olan Vidadi Zeynalovun qızı Lalə Zeynalova da dindirilib. L.Zeynalova şahid qismində tanındığı və hələ ki məhkəmə başlamadığı üçün onun ifadəsində dediklərini təqdim edə bilmirik. R.Kərimov isə özünü təqsirli bilmir.

Buna baxmayaraq, zərərçəkmişdən 87 min manat aldığını etiraf edib. O, həmin pulun əksər hissəsinin xəstəliyi ilə bağlı xərcləndiyini, hazırda zərərçəkmişə 71 min manat borcu qaldığını deyib. İş üzrə ilkin istintaq artıq tamamlanıb. Yaxın vaxtlarda məhkəmə başlayacaq.
 
 
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 ABŞ-də təyyarə qəzası: Ölənlər var
21 Aprel 2025 “EŞKİYA DÜNYAYA HÜKÜMDAR OLMAZ” HİKAYESİ…
21 Aprel 2025 Bakıda şadlıq sarayında KÜTLƏVİ DAVA: Polis müdaxilə ETDİ
21 Aprel 2025 Qəzada sağ qalan sürücünü köməyə gələn kranın trosu öldürdü
21 Aprel 2025 Bakıdakı yanğın zamanı beş avtomobil külə döndü — VİDEO
21 Aprel 2025 Uşağa pul göstərib sonra oğurlayıbmış — VİDEO
20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO

Dünyapress TV

Xəbər lenti