"Qərbin riyakarlığına alışmışıq, atılan və ya atılacaq heç bir addım təəccüb yaratmır” - ŞƏRH
Qərb ölkələri sözdə dünyaya sülhə çağırış etsə də, məhz elə onların özünün məkrli siyasəti dünyada alovlanmış müxtəlif münaqişələrin yaranmasına zəmin yaradır. Onlar sözdə problemlərin həllində maraqlı olduqlarını desələr də əməllərində tamamilə fərqli fəaliyyətlərinə şahidlik edirik. Rusiya və Ukrayna arasında gedən müharibədə Kiyevin silahlandırılması və münaqişənin uzadılması üçün əllərindən gələni əsirgəməməkləri buna misaldır.

Amma bu müharibənin öz ərazilərindən uzaq tutmağa çalışırlar. Həmçinin hazırda Qəzzada baş verənlər hadisələrin şiddətlənməsində də əsas səbəbkar yenədə Qərbdir. Bu Qərbin illərlə yeritdiyi siyasətin bir parçasıdır. Bundan öncəki Ərəb baharında oynanılan ikiüzlü rol hər kəsə məlumdur.

Qərbin bu ikili standartları barədə fikirlərini “Sherg.az” danışan politoloq Aytən Qurbanova bildirib ki, son zamanlarda diplomatik leksikonda “Qərbin riyakarlığı” termininin bir çox dillərdə davamlı şəkildə istifadə olunduğunu aydın şəkildə müşahidə edirik:

“Bu heç də təsadüfi yaranmış bir termin deyil. Çünki insanlıq tarixinin ən qəddar hadisələrinin birbaşa icraçısı olan müstəmləkəçilər bugün təzadlı formada dünyaya “ədalət” dərsi keçməyə çalışırlar. Belə olan halda, təbii ki, bu sözdə demokratik əməldə isə işğalçı dövlətlərin hər addımının arxasında dayanan imperialist maraqları və məkrli niyyətləri necə görməmək olar?! Suriyada, İraqda, Liviyada, Ruandada, Srebrenitsada, Əlcəzairdə, Burkino-Fasoda və ya dünyanın hər hansı bir nöqtəsində baş verən münaqişələrdə birbaşa və ya dolayı yol ilə iştirak edən bu Qərbin “demokratik” dövlətləri nə edib”?

Politoloq artıq iki ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsinin gedişatına nəzər yetirdikdə, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini iddia edən Qərb dövlətlərinin əsas hədəfinin hərbi əməliyyatların genişlənərək öz ərazilərinə keçməsinin qarşısını almaq olduğunu vurğulayıb:

“Onlar ərazi bütövlüyü prinsipinə belə sadiqdirlərsə, onda niyə işğalçı Ermənistanı himayə edirlər? Əgər həqiqətən insan həyatına önəm verirlərsə, onda niyə İsrail ilə Fələstin (Həmas) arasında atəşkəsin əldə olunmasına çalışmırlar? Bu cavabsız suallar qarşısında sükuta qərq olan Qərb “humanist” diplomatlarının ümumiyyətlə sülh və sabitlikdən danışmağa nə mənəvi, nə də hüquqi haqqı var. Ona görə də, biz artıq insan həyatını statistika hesab edərək beynəlxalq hüququ ikili standart əsasında tətbiq edən və ədalət anlayışını yalnız öz maraqlarına uyğun şəkildə şərh edən Qərbin riyakarlığına alışmışıq, atılan və ya atılacaq heç bir addım təəccüb yaratmır”.

Bölmənin digər xəbərləri

22 Aprel 2025 “Pilot-16” qalmaqalı böyüyür – Prorab məhkəmə zalında həbs edildi
22 Aprel 2025 Azəriqazda mütəxəsis qıtlığı ,yoxsa SOCAR-çoxvəzifəlilik siyasəti davam edir
22 Aprel 2025 Şərurlu İsfəndiyarın oğlunun həbsi ilə bağlı ŞOK İDDİA – Türkiyədən…
21 Aprel 2025 ABŞ-də təyyarə qəzası: Ölənlər var
21 Aprel 2025 “EŞKİYA DÜNYAYA HÜKÜMDAR OLMAZ” HİKAYESİ…
21 Aprel 2025 Bakıda şadlıq sarayında KÜTLƏVİ DAVA: Polis müdaxilə ETDİ
21 Aprel 2025 Qəzada sağ qalan sürücünü köməyə gələn kranın trosu öldürdü
21 Aprel 2025 Bakıdakı yanğın zamanı beş avtomobil külə döndü — VİDEO
21 Aprel 2025 Uşağa pul göstərib sonra oğurlayıbmış — VİDEO
20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?

Dünyapress TV

Xəbər lenti