Şagird müəllimi məktəbi partlatmaqla hədələdi və pul tələb etdiYaradılıb 01.10.2023 08:27 | Baxış sayı: 184Moskva məktəblərindən birində şagird müəlliminin ona 100 min rubl verməsini tələb edib. Əks təqdirdə o, məktəbi partladacağını bildirib.Hadisə paytaxtın Qolovinski rayonundakı 648 saylı məktəbdə yaşanıb.Yeniyetmə öz sinif rəhbərini - rus dili və ədəbiyyatı müəllimini şantaj edib.14 yaşlı oğlan artıq polis tərəfindən saxlanılıb.Hazırda müəllimin son vaxtlar şagirdilə münaqişəsinin olub-olmadığı dəqiqləşdirilir.Mənbə: Shot Facebook-da paylaş