Təşkilatımızın hüquqi yardımı ilə : Daha bir abonent Quliyev Hamiz tərəfindən Azəriqaz İstehsalat Birliyinə qarşı "“Əsassız hesablanmış borcun silinməsi” iddia tələbi Şirvan şəhər Məhkəməsi tərəfindən tam təmin edilmiş, əsassız hesablanmış 1552,20 manat borcun silinməsi haqda qərar qəbul olunmuşdur. Hakim Məmmədova Səidə. Bundan öncə isə : - Abonent Səmədov Mirqafar tərəfindən Azəriqaz İstehsalat Birliyi qarşı “Əsassız hesablanmış borcun silinməsi” iddia tələbi Şirvan şəhər Məhkəməsi tərəfindən tam təmin edilmiş, əsassız hesablanmış 1552,20 manat borc silinmişdir.Hakim Mustafayev Ceyhun. -Abonent Cəfərov Fizuli tərəfindən “Azəriqaz İstehsalat Birliyi qarşı “Əsassız hesablanmış borcun silinməsi” iddia tələbi Şirvan şəhər Məhkəməsi tərəfindən tam təmin edilmiş, əsassız hesablanmış 432 manat borc silinmişdir. Hakim Mustafayev Ceyhun Qeyd: Abonentlərin iddiasını məhkəmə,ədalətli hakimlər təmin edib ha, SOCAR prezidenti yox! Məbadə, vəcdə gəlib abonentlərə də sosial şəbəkədə şirkət prezidentinə təşəkkür yazdırarsınız. Mirvari Gahramanli Teref.az