Rektor 250 min rüşvət verib, yerinə gəlmək istəyən professoru işdən çıxarıdı -
Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun "Ümumi Cərrahiyyə-2" kafedrasının müdiri, professor Əliyev Şahin Həşim oğlu vəzifəsindən azad edilib.

TEREF.AZ bildirir ki, Qaynarinfo-nun məlumatına görə, institutun rektoru Nazim Qasımov bu barədə əmr imzalayıb.

Şahin Əliyevin vəzifəsindən çıxarılmasının səbəbi qalmaqallı məhkəmə işi ilə bağlıdır. Belə ki, həkim Şahin Əliyev Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Rəcəbə (Səbuhi Vaqifoğlu) 250 min min manat pul verərək, onu institun rektoru vəzifəsinə təyin etdirməsini istəyib.

Şahin Əliyev məhkəmə ifadəsində bildirib ki, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda cərrahiyyə kafedrasında professor vəzifəsində işləyir. 2018-ci ilin aprel ayının əvvəllərində Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Abbas Vəlibəyov vəfat edib və hər şey bundan sonra baş verib. Nazir müavinin vəzfatından sonra institun rektoru Qasımov Nazim Akif oğlu səhiyyə nazirinin birinci müavini vəzifəsinə təyin olunmalı imiş.

Şahin Əliyev rektorun yerinə təyin olunmaq üçün yüksək vəzifəli məmurlarla tanışlıq yarada biləcək adam axtarmağa başlayıb və bu barədə yaxın bildiyi insanlara məlumat verib. Bu insanlardan biri də ödənişli ekstrasens xidmətlərindən bir neçə dəfə istifadə etdiyi Mehriban adlı qadın olub.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-09_1694076191_2.jpg
Şahin Əliyev

O, Mehriban adlı qadına xidmətləri ilə bağlı çoxlu imkanlı və vəzifəli şəxslərin müraciət etdiklərini bilib. Buna görə Mehribanlaa öz istədiyi iş barədə danışıb. Mehriban ona vəzifəyə təyin olunmağını təşkil etmək üçün yüksək vəzifəli məmurlarla vasitəçilik edə biləcək Səbuhi Rəcəb adlı şəxsi tanıdığını bildirib. Bundan bir neçə gün sonra Mehriban ona deyib ki, "tanıdığım adam var və onu 250.000 manata sənin rektor vəzifəsinə təyin olunmağına kömək edəcək”. Şahin Əliyev Mehribanla razılaşıb.

Həkim bundan sonra özünü Səbuhi Rəcəbin qardaşı kimi təqdim edən Murad adlı şəxslə "Port Baku” yaşayış kompleksində görüşüb. Şahin Əliyev Muradla birlikdə "Qəbələ” restoranına gedərək, Səbuhi Rəcəblə görüşüblər. Görüşdə Səbuhi Rəcəb özünü millət vəkili Adil Əliyevin qardaşı kimi də təqdim edib. Şahin Əliyev həmin görüş vaxtı Səbuhi Rəcəbə ilkin olaraq 100 min manat pul verib. Səbuh Rəcəb ona 5 günə Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun rektor müavini təyin olunacağını bildirib.

Növbəti gün Şahin Əliyev xalasının əri Cəfər Qasımovdan və bacısı Lalə Əliyevadan, hər birindən ayrı-ayrılıqda 75.000 manat olmaqla, ümumilikdə 150.000 manat borc pul alıb. Həmin pulu da Səbuhi Rəcəbə verib.

Beləlikdə də, 2018-ci sentyabr ayının axırları, oktyabr ayının əvvəllərinə qədər Səbuhi Rəcəb onun işinin uzandığını bildirib. O, ümumilikdə 250.000 manat pulu Səbuhi Rəcəbə verdikdən sonra mütəmadi olaraq "Votsap”la yazışıb, məsələnin nə yerdə olduğu soruşub.

Səbuh Rəcəb də hər dəfə bugün-sabah deyərək vaxtı uzadıb. 2018-ci ilin noyabr ayında ona Teymur adında bir nəfər şəxsin telefon nömrəsini verib. Teymurun onun işini düzəldən adamın bacısı oğlu olduğunu bildirib. Daha sonra Teymurla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binasının yanında görüşüb. Görüş zamanı Teymur onu nazirliyin inzibati binasının 11-ci mərtəbəsinə aparıb və orada nazirliyin Gülnara Zülfüqarova adlı əməkdaşı ilə tanış edib. Gülnarə Zülfüqarova ondan hansı vəzifəyə təyin olunmaq istədiyini soruşub və sonra CV-sini elektron poçtuna göndərməyini xahiş edib.

Həkim bundan sonra tamamilə əmin olub ki, Səbuh Rəcəb onu həqiqətən də aldadaraq, 250.000 manat pulunu ələ keçirib və pulu qaytarmamaq üçün müxtəlif bəhanələrlə vaxt udmağa çalışır.

Şahin Əliyev Novxanı kəndində yerləşən bağ evini sataraq borclu olduğu xalasının əri Cəfər Qasımova və bacısı Lalə Əliyevanın hər birinə ayrı-ayrılıqda 75 min manat olan borcunu qaytarıb.

Şahin Əliyev təqsirləndirilən şəxsin 210.000 manatını geri qaytarmadığı üçün ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş edib.

4 sentyabr 2023-cü il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Səbuhi Rəcəbə hökm oxunub və o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bölmənin digər xəbərləri

21 Aprel 2025 ABŞ-də təyyarə qəzası: Ölənlər var
21 Aprel 2025 “EŞKİYA DÜNYAYA HÜKÜMDAR OLMAZ” HİKAYESİ…
21 Aprel 2025 Bakıda şadlıq sarayında KÜTLƏVİ DAVA: Polis müdaxilə ETDİ
21 Aprel 2025 Qəzada sağ qalan sürücünü köməyə gələn kranın trosu öldürdü
21 Aprel 2025 Bakıdakı yanğın zamanı beş avtomobil külə döndü — VİDEO
21 Aprel 2025 Uşağa pul göstərib sonra oğurlayıbmış — VİDEO
20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO

Dünyapress TV

Xəbər lenti