Həlak olan neftçinin oğlu:
Hüquq müdafiəçisi deyir ki, “Azneft” İB-da ölüm hadisələri olandan sonra oranın direktorunu SOCAR-ın vitse-prezidenti təyin ediblər

Avqustun 24-də Dövlət Neft Şirkətinin "Neftqaztikinti" trestinin əməkdaşları Şirvan Ağaməmmədov və Şamo Nərimanov beton plitələrin çökməsi nəticəsində dənizə düşüb, boğularaq ölüblər. Bu barədə məlumatı Baş Prokurorluq yayıb.

Hadisə Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) ərazisində təmir işləri aparılarkən baş verib.

Hadisə zamanı həyatını itirən Şirvan Ağaməmmədovun oğlu Cavid Ağaməmmədov Abzas Media-ya deyib ki, hadisə iş yerindəki şəraitsizlikdən baş verib:

“Atam 30-40 ildir işləyirdi. Mən bildiyim qədərilə iş görəndə yük gəlib, plitələrin yükü qaldırmağa gücü çatmayıb, düşüblər dənizə. Atam işin təhlükəli olması ilə bağlı heç nə demirdi, amma köhnə estakada, köhnə plitələr idi, təhlükə var idi həmişə. İndi istintaq gedir, araşdırılır, günahkarlar bilinəcək. Mən ayrı yaşayırdım, o evə yeganə çörək aparan atam idi”, – deyə o, bildirib.

Neftçilərin Hüquqları Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlının fikrincə, ilk baxışdan hiss olunur ki, hadisə qanunvericiliyin pozulması nəticəsində baş verib. Onun sözlərinə görə, işçilər üçün normal iş şəraiti yaradılmayıb və işəgötürən məsuliyyət daşıyır:

“Təmir gedən meydançada köhnə beton plitələr olub, o betonları dəyişirdilər. Bildiyim qədərilə, təzə beton plitə krandan qırılaraq düşüb köhnələrin üstünə və hər iki işçi dənizə düşüb.

2010-2022-ci illərdə əmək qanunvericiliyinin pozulması nəticəsində, ya işəgötürənin günahından, ya da ölkənin neft sektorunda baş vermiş qəzalar nəticəsində 161 nəfər həlak olub ki, bunun da 131 nəfəri SOCAR-ın işçisidir.

İllərdir monitorinq aparırıq, hələ də ölüm hadisələrinə görə Əmək Məcəlləsinin tələblərilə bircə nəfər də işəgötürən işdən azad olunmayıb. “Azneft” İB-da ölüm hadisələri olandan sonra direktor Daşqın İsgəndərovu SOCAR-ın vitse-prezidenti təyin etdilər, indi də müşavirdir. Bu, bir misaldır”, – deyə M.Qəhrəmanlı bildirib.

Məsələ ilə bağlı açıqlama almaq üçün Dövlət Neft Şirkətinə müraciət etsək də, sorğumuza cavab verilmədi.

Bölmənin digər xəbərləri

21 Aprel 2025 ABŞ-də təyyarə qəzası: Ölənlər var
21 Aprel 2025 “EŞKİYA DÜNYAYA HÜKÜMDAR OLMAZ” HİKAYESİ…
21 Aprel 2025 Bakıda şadlıq sarayında KÜTLƏVİ DAVA: Polis müdaxilə ETDİ
21 Aprel 2025 Qəzada sağ qalan sürücünü köməyə gələn kranın trosu öldürdü
21 Aprel 2025 Bakıdakı yanğın zamanı beş avtomobil külə döndü — VİDEO
21 Aprel 2025 Uşağa pul göstərib sonra oğurlayıbmış — VİDEO
20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO

Dünyapress TV

Xəbər lenti