Bakı Metropoliteninin xidmətindən istifadə edən sərnişinlərin şəxsiyyət vəsiqəsi yoxlanılır.
Gununsesi.info bildirir ki, artıq bir neçə gündür metro stansiyalarının girişində xidmət keçən polislərə xüsusi planşetlər paylanılıb. Yoxlama zamanı şəxsin fin məlumatları aşkarlanır.
Sərnişinlər deyib ki, sənədi olmayanları metroya buraxmırlar. Bu isə mübahisə və əlavə gərginliyə səbəb olur.
Məsələ ilə bağlı DİN-nin mövqeyini öyrənməyə çalışacağıq.