Onsuz da ölkə bazarına ikiqat qiymətlə daxil olan avtomobillər vətəndaşlara bir də "mühərrik rasxodu" yaradır. Əgər kimsə avtomobili alıb, öz adına keçirmək istəsə, bir də görür ki, həmin avtomobilin mühərrik nömrəsi texniki pasporta salınmayıb. Bu problemlə əsasən, qeydiyyat prosesi zamanı rastlaşan vətəndaşlar nə edəcəklərini bilmədikləri üçün çox vaxt hansısa dələduzların qurbanına çevrilə bilirlər.
Bəzən həmin vətəndaşlardan avtomobilin mühərrik nömrəsini qeydiyyatdan keçirmək üçün müəyyən məbləğ də tələb olunur. Məsələn, qardaşının adına olan avtomobili vətəndaş öz adına qeydiyyata salmaq istəyir, ancaq bu zaman fərqinə varır ki, mühərrikin nömrəsi avtomobilin texniki pasportuna qeyd edilməyib. Bəs qanunla vətəndaş avtomobilinin mühərrik nömrəsini qeydiyyata salmaq üçün hansısa rüsum, məbləğ ödəməlidirmi? Bu haqda qanunvericilik nə deyir?

Məsələ ilə əlaqədar Baş DYP İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayevlə əlaqə saxladıq. DYP rəsmisi Bizimyol.info-ya məzuniyyətdə olduğunu bildirərək, sadəcə onu qeyd etdi ki, problemlə əlaqədar vətəndaş Qeydiyyat-İmtahan Məntəqəsinə müraciət etməli və mövcud vəziyyət araşdırılmalıdır.

TEREF.AZ bildirir ki, məzuniyyətdə olduğu üçün suallarımızı cavablaya bilməyən DYP rəsmisindən fərqli olaraq, avto-ekspert Elməddin Muradlı Bizimyol.info-nun vətəndaşları da yaxından maraqlandıran suallarına cavab verib. Ekspert bildirib ki, mühərrik nömrəsini qeydiyyata salmaq Dövlət Yol Polisininin vəzifə borcudur və bununla bağlı hər hansısa ödəniş, rüsum nəzərdə tutulmayıb:

"Öncəliklə, həmin avtomobillə bağlı ilkin qeydiyyat aparılıb. Bu avtomobilin ilkin qeydiyyatı zamanı əgər ona texniki pasport verilibsə, deməli, mühərrik olmaya-olmaya həmin qeydiyyat prosesi aparılıb - yol polisi həmin işi görüb. İndi o qurum həmin prosesdən imtina edirsə, bu, qanunsuz davranışdır. Bu məsələni aşkarlamaq və qaydaya salmaq yol polisinin işidir. Əgər bu aşkarlanıbsa, DYP vətəndaşın iştirakı ilə avtomobili yoxlamalıdır, həmin mühərriki sorğu şəklində araşdırmalıdır. Əgər həmin mühərrik oğurluq və ya qaçaq mal deyilsə, hər hansı bir cinayət aləti deyilsə, o şəkildə də qeydiyyata alınmalı, ya da üzərinə nömrə yazılmalıdır, hansı ki, həmin proses bir qədər uzun çəkə bilər. Yəni istənilən halda birinci qeydiyyat prosesini yol polisi aparıbsa, ikincidən imtina etməməlidir. Yox, əgər yol polisi həmin maşını qeydə alanda - birinci qeydiyyat prosesini aparanda - və yaxud bu maşın bir neçə dəfə alınıb-satılıbsa, təkrar qeydiyyat prosesləri aparılıbsa, maşının mühərriki üzərində olubsa, əvvəlki maşın sahibi mühərriki dəyişəndə avtomobili qeydiyyata aldırmayıbsa, onda məsuliyyət vətəndaşın üzərindədir. Hansı ki, həmin vətəndaş mühərriki dəyişəndə, təkrarən qeydiyyat prosesini aparmalı idi. Bəzən belə vətəndaşlar da olur ki, öz-özünə düşünür: "Maşındır, sürürəm, özümündür, qeydiyyata alınsa da, alınmasa da onsuz da məndədir, heç nə olmaz". O "heç nə olmaz" düşüncəsi axırda gəlir, belə bir problem yaradır".

İstismara verildiyi vaxtdan bir neçə dəfə satılaraq əl dəyişdirən avtomobillərin sahibləri maşınlarını qeydiyyata salmadığı üçün mühərrik də ilk gündəki kimi qeydiyyata düşür. Ancaq elə olur ki, həmin avtomobilin mühərriki bir neçə dəfə dəyişdirilmiş olur. Avto-ekspert bu problemlə bağlı onu bildirib ki, belə hadisələrin baş verməsi mümkündür:

"Avtomobillərin mühərrikləri bir ay içində, hətta üç, dörd, beş il əvvəl də dəyişdirilmiş ola bilər. Bunların hər biri ehtimal olaraq mümkündür. Sadəcə olaraq, o prosesi DYP araşdırıb, aydınlaşdırıb vətəndaşı yola salmalıdır. Məsələn, sizin avtomobilinizi oğurlayırlar, mühərrikin nömrəsini də silib, başqasına satırlar. Həmin o başqası da bəzən savadsızın biri olur, heç vaxt maraqlanmır ki, "Mən bu maşını alıramsa, bunun mühərrikinin mənşə sənədi olmalıdır, sənəd tələb edim". Deyir, "Bu maşını bazarda soruşmuşdum, iki min manata deyirdilər, ancaq qonşuluqda bir oğlan var, beş yüz manata satır. Qoy, elə gedib ondan alıb, min beş yüz manat da qabağa düşüm". Bax, bu ağılla, düşüncə ilə hərəkət edirlər, sonra da küçələrdə qalırlar. Onu da qeyd edim ki, avtomobilin mühərrikinin qeydiyyata salınması üçün hər hansısa bir rüsum nəzərdə tutulmur. Sadəcə olaraq vətəndaş maşını öz adına keçirirsə, deməli, təkrar qeydiyyat prosesi aparılır və ona uyğun rüsumlar ödənilir".

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
24 Noyabr 2024 AZƏRBAYCANLI İSTANBULDA 70 KQ QIZILLA TUTULDU - Kimliyi və hadisənin detalları bilindi + VİDEO
24 Noyabr 2024 Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi

Dünyapress TV

Xəbər lenti