Seneqaldan İspaniyaya məxsus Kanar adalarına gedən 3 qayıq Atlantik okeanının sularında itib. Bu barədə “Report” “Reuters”ə sitinadən xəbər verir. Miqrantları Avropaya daşıyan “Caminando Fronteras” qeyri-hökumət təşkilatının nümayəndəsi Helena Maleno bildirib ki, qayıqlarda ümumilikdə 300 nəfər olub. Onun sözlərinə görə, qayıqların birində təxminən 65 nəfər, digərində isə 50-60 nəfər olub. Onlar 15 gün əvvəl yoxa çıxıblar. Göyərtəsində təxminən 200 nəfərin olduğu başqa bir gəmi iyunun 27-də Seneqalı tərk edib və o vaxtdan bəri harada olduğu bilinmir. Afrikanın qərb sahillərində yerləşən Kanar adaları İspaniyaya çatmağa çalışan miqrantların əsas məkanına çevrilib. “Ailələr çox narahatdırlar. Seneqalın eyni bölgəsindən təxminən 300 nəfər. Onlar Seneqaldakı qeyri-sabitliyə görə gediblər”, - deyə Maleno bildirib.