SÖYÜDLÜ. SİANİDİN TƏHLÜKƏSİZLİYİ
Söyüdlü etiraz aksiyasından sonra hakimiyyət mediasında sianidin zərərli olmamağı və insan üçün təhlükə törətmədiyi haqqında bir neçə fikir dərc olundu.
Şəkildə gördüyünüz cəsədlər 1978-də Qayanada sianidlə zəhərlənib ölmüş adamlarım meyidləridir, cəmisi 918 adam. Doqquz yüz on səkkiz.
Zəhərlənənlər "Xalqlar məbədi" adlı yalançı təriqətinin müridləridir, təriqətin öndəri, vaiz və fırıldaqçı Cimmi Consun əmriylə dünyadan getmək üçün meyvə şirəsinə qatılmış sianid içiblər. İçənlərdən sağ qalan olmayıb.
Cons ABŞ-da doğulub, "Xalqlar məbədi" təriqətini ABŞ-da yaradıb, müridlərinin çoxusunu orada yığıb, amma görüb ki, Amerikada qol-qanad aça bilməyəcək, Qayanaya köçüb. Sovet hökumətiylə danışıqlar aparırmış, SSRİ-yə köçmək istəyirmiş.
Sianidin zərərsizliyi haqqında danışanlara və o fikirləri çap edənlərə hərdən də olsa İnternetə baxmağa məsləhət görürəm.
Bəli, onillərdir İnternet deyilən bir virtual məkan var və orada əvvəllər ensiklopediyalarda olan məlumatlar dərc olunur.
Hə, 300 ildi ensiklopediya deyilən kitablar, belə bir bir anlayış da var. Orada istənilən mövzuda məlumat tapmaq olar.
Yəni yalan danışanda və yazanda eləsini danışın və çap eləyin ki, sonra bişmiş toyuqlar da sizə gülməsin. Yoxsa sizə fərq eləmir, əsas odu ki, müdürün tapşırığını yerinə yetirəsiniz və pul gəlsin? O da olar, amma onun adı el dilində bir qədər başqadır...
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-06_1687954385_2.jpg
Чингиз Султансой
Teref.az

Bölmənin digər xəbərləri

21 Aprel 2025 ABŞ-də təyyarə qəzası: Ölənlər var
21 Aprel 2025 “EŞKİYA DÜNYAYA HÜKÜMDAR OLMAZ” HİKAYESİ…
21 Aprel 2025 Bakıda şadlıq sarayında KÜTLƏVİ DAVA: Polis müdaxilə ETDİ
21 Aprel 2025 Qəzada sağ qalan sürücünü köməyə gələn kranın trosu öldürdü
21 Aprel 2025 Bakıdakı yanğın zamanı beş avtomobil külə döndü — VİDEO
21 Aprel 2025 Uşağa pul göstərib sonra oğurlayıbmış — VİDEO
20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO

Dünyapress TV

Xəbər lenti