İcbari Tibbi Sığorta sistemində tragikomik vəziyyət yaşanır. Sistem gözlənildiyi kimi özünü doğrultmadı, vətəndaşlar kimi həkimlər də narazıdır.
Tribunainfo.az yazır ki, həkimlər artıq İcbari Tibbi Sığortadan şikayət etməyə başlayıblar. Səbəb isə sığorta ilə gələn hər pasientin müayinəsinə görə həkimə maksimum 5 manat bonus yazılmasıdır. Hətta bir çox hallarda həkim müayinəsi üçün 90 qəpik, 1 manat hesabalanır. Bu isə həkimin az qala bir manatlıq taksi sürücüsü qədər qazancının olmasından azdır. Əksər həkimlərə il ərzində yığılan bonus 500-700 manat olur. Bu da bir xəstənin qəbulunun həkimə təxminən 1 manata başa gəlməsi deməkdir.
Narazılıq və şikayətlərdən o qənaətə gəlmək olur ki, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyinin fəaliyyəti nə vətəndaşlara, nə tibb işçilərinə heç bir fayda vermir.