Ardını oxu...
Bakı Ağır Cinayətlər Məhkəməsində maraqlı bir məhkəmə prosesi keçirilir.

Müttəhimlər kürsüsündə orta yaşlarında olan Nelli Fabriçnaya əyləşib.

O, “Avtotransyol” və “Murov TSK” şirkətlərinin kadrlar şöbəsinin müdiri olub.

Zərərçəkmişsə hər iki şirkətin baş direktoru Əfqan Zeynalovdur.

İttiham da bundan ibarətdir ki, Nelli Fabriçnaya Əfqan Zeynalova məxsus bu şirkətlərin 423 min dollar (700 min manatdan çox) pulunu ələ keçirib.

Bu cinayət işi Əfqan Zeynalovun şikayəti əsasında başlanıb.

O, polisə şikayət edərək saxlamaq üçün Nelliyə verdiyi pulların sonuncu tərəfindən mənimsənildiyini deyib.

Əfqan Zeynalov məhkəmədə deyib ki, şirkətlər dəmir yollarının tikintisi üçün “Azərbaycan Dəmir Yolları” QSC ilə müqavilələr bağlayıb.

Şirkət eyni zamanda avtomobil yollarının salınması ilə məşğul olub.

2018-ci ildən işçisi olan Nelliyə inandığından, müəyyən işlər görmək üçün qadına etibarnamə verib, tenderdən udduğu pulları onun evindəki seyfdə saxlamaqdan da çəkinməyib.

Nelli Fabriçnaya ibtidai istintaqa verdiyi ifadəsində pulun bir qismini sevgilisinə xərclədiyini, bir qismini isə işdəki xadiməyə kömək məqsədilə verdiyini desə də, məhkəmədə keçmiş müdiri tərəfindən şərləndiyini bildirib.

İbtidai istintaq zamanı isə ifadəsini təzyiq altında verdiyini vurğulayıb.

Məhkəmədə keçmiş müdiri tərəfindən şərləndiyini iddia edib.

Müttəhim hesab edir ki, Əfqan Zeynalov tenderdən gələn pulları özü mənimsəyib, əməlini ört-basdır etmək üçün onu şərləyib.

Əfqan Zeynalovsa iddiasından əl çəkmir.

O, ötən məhkəmə iclaslarında bildirib ki, Nelli hətta onu öldürməyə də cəhd edib: “Guya mənə soyuqdəymə dərmanı vermişdi. İçdim, komaya düşdüm. Məni zəhərləyib öldürmək istəyirdi”.

Bu arada Əfqan Zeynalovun zəhərləmə iddiası hələ ibtidai istintaq dövründə araşdırılıb və təsdiqini tapmayıb. Ancaq o, məhkəmədən həmin iddianın yenidən araşdırılmasını tələb edib.

Noyabrın 1-də məhkəmə şahid qismində Əfqan Zeynalovun bacısı Hökumə Zeynalovanı dindirib.

Şahid deyib ki, qardaşının vəziyyətinin qəfil ağırlaşdığını eşidən kimi onun kirayə qaldığı evə gedib. (Əfqan Zeynalov Nellinin yaşadığı evlə üzbəüz binada ev kirayələyərək orada yaşayırmış). Ona yemək hazırlayıb, yedirdib.

Nelli Əfqana maye içizdirib, Əfqanın halı pisləşib: “Nelli qonşu otağa keçdi, kiməsə zəng vurdu, dedi ki, dərmanı bir neçə dəfə verdim, ancaq hələ Maştağalıq olmayıb. Heç nə başa düşmədim. Sabahı gün yaxasından balaca şüşə çıxaranda əlində tutdum, dedim, bu nədir? Dedi ki “valerian”dır”.

Hökumə Zeynalova ifadəsində göstərib ki, həmin gün qardaşının surumu qəfil ağırlaşıb və o, digər qardaşına zəng vurmalı olub.

Köməkləşərək Əfqanı həkimə aparıblar: "Qardaşım dedi ki, Nelli pulları oğurlayıb, onu öldürmək istəyir. Mən bu barədə Nelliyə deyəndə əvvəl boynuna almadı. Mən ona qardaşımı zəhərlədiyini anladığımızı deyəndə ağladı. Dedi ki, mən öldürməsəydim, onlar məni öldürəcəkdi. Onlar kimdir, bilmədik. Yalvardı ki, şikayət etməyək, pulları qaytaracaq ancaq qaytarmadı, əksinə, sonralar bu mövzuda mübahisəmiz düşəndə dedi, əcəb eləmişəm".

Şahid ifadə verdikcə, Nelli Fabriçnaya tez-tez məhkəməyə onun yalan danışdığını deyib.

Şahid tərəflərin suallarını cavablandırandan sonra hakim Faiq Qəniyev növbəti məhkəmə iclasını noyabrın 14-ə təyin edib. //toplum.tv//
 
Ardını oxu...

İki ay əvvəl Lənkəranda intihar edən tanınmış stomatoloq Müşfiq Bağırovun ölümündən bir neçə dəqiqə əvvəl yazdığı məktub üzə çıxıb.

Bu barədə jurnalist Anar Məmmədov məlumat yayıb. O bildirib ki, rayonun Xolmilli kəndindən olan M.Bağırov ilkin ehtimallara görə, məktubu ölümündən bir neçə dəqiqə əvvəl yazıb və sonra yarımtikiliyə gedərək özünü asıb. Üç səhifədən ibarət məktubunda ailə üzvlərinə vəsiyyət də edən həkim ölümündə tanışını günahlandıraraq onu intihara vadar etdiyini iddia edib: “Məni buna İbrahim (Teymurov) vadar etdi. Mən ancaq onun üçün işləyirdim. Moskvadan 980 000 manat pul vuruldu. Pullar İbrahimə çatdı. O isə pulları mənə çatdırmadı ki, camaata qaytarım. 320 min manat Aqşinə, 680 min manat isə Sadirə çatmalı idi. Axırda məni "Bandotdel" ilə hədələyirdi. Evlərimi əlimdən almaq istəyirdi”.

Məlumata görə, M.Bağırov məktubda ailə üzvlərinə vəsiyyət edəndən sonra intiharına görə anasından üzr istəyib.
Qeyd edək ki, bir müddət əvvəl M.Bağırovun ailəsi “Qafqazinfo”ya açıqlama verərək onun təhdid edildiyini bildirmişdi. Ailəsi Müşfiqin boynuna külli miqdarda pul qoyulduğunu və həmin vəsaiti ödəməyə məcbur edildiyini bildirib.

Digər məlumatlarda isə M.Bağırovun biznes fəaliyyəti də göstərdiyi və Rusiyaya xeyli miqdarda mal göndərdiyi, lakin malın pulunu geri ala bilmədiyi qeyd edilir.

Xatırladaq ki, M.Bağırov tanınmış həkim ailəsinin övladı olub. Onun atası Zaman Bağırov da uzun illərdir rayonda tibb sahəsində fəaliyyət göstərir.

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, hazırda qeyd edilən faktla bağlı başlanılmış cinayət işi üzrə (Cinayət Məcəlləsinin 125-ci maddəsi – Özünü öldürmə həddinə çatdırma) istintaq davam edir.
Ardını oxu...
 

Ardını oxu...
DİA.AZ: - "Şikayətim Bakı Dövlət Sirkindəndir". DİA.AZ bildirir ki, bu barədə Xanım Əliyeva adlı istifadəçi "Mənim Şikayətim Var" sosial qrupundakı paylaşımında giley edir.

Ardını oxu...

Daha sonra narazı vətəndaş yazır: "Biletlərin qiymətlərinin baha olmasını qoyaq bir kənara... İçəridə hər şey şişirdilmiş şəkildə 4-5 qat bahadır. "Qiymətləri kim tərtib edib" - soruşduğumuzda "biz heç nə bilmirik" dedi satıcılar. "Ok" dedik... gəldik ödəməyə, ödəmə sadəcə nəğd yolla... kart keçmir, kassa yox, çek verilmir.

Şikayətimizi bildiryimizdə isə "gedin rəhbbərliyə deyin, bizlik deyil" dedilər.

Açıq şəkildə qanun pozğunluğu və heç nədən də çəkinmirlər".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...




QEYD: DİA.AZ-a istinadən zəruridir...
 

Ardını oxu...
"Kontakt Home" şirkəti Azərbaycan Respublikasının qanunlarını tanımır. Şirkət alınan malların 14 gün ərzində qaytarılması ilə bağlı qanunvericiliyin tələbinə riayət etmir”.

DİA.AZ xəbər verir ki, bu barədə Qaynarinfo-ya bir müddət öncə mağazadan mobil telefon alan jurnalist Çingiz Səfərli məlumat verib. O bildirib ki, "Kontakt Home"un İnşaatçılar filialından aldığı "Samsung A23” markalı mobil telefonu kamerasının zəif olması və batereyasının yaxşı saxlamaması səbəbindən qaytarmaq istəyib, lakin şirkət razılıq verməyib.

"Əslində "Samsung A32” model telefon almaq istəyirdim. Onun çəkilişi qane etmişdi. Lakin mağazanın satıcısı A23 modellərinin daha yeni və eyni parametrlərə sahib olduğunu bildirdikdən sonra həmin modelin daha münasib olduğuna inanaraq aldım və həmin məhsulun kamerasını yenidən yoxlamağa ehtiyac duymadım.

Məhsulu aldıqdan bir müddət sonra çəkilişin zəif olduğunu və aldadıldığımı başa düşdüm. İnternetdə araşdırma apararkən "Samsung A32” markalı telefonun 64, "A23”ün isə 50 meqapiksel foto çəkmək xüsusiyyətinə malik olduğunu öyrəndim. Eyni zamanda telefonun batareyasının da enerjini yaxşı saxlamadığını müşahidə etdim və bu səbəblərdən də məhsulu mağazaya qaytarmaq qərarına gəldim”, deyə jurnalist bildirib.

Çingiz Səfərlinin sözlərinə görə, mağazada ona ekspertə yönləndiriblər: "Həmin şəxs 10 dəqiqəyə yaxın əski ilə telefonu sildikdən sonra cavab verdi ki, bəs məhsulda guya nöqtə və cızıq aşkarladığı üçün bunu geri götürə və ya başqa bir model telefonla dəyişdirə bilməzlər. Beləliklə, adi gözlə görünməsi mümkün olmayan bir nöqtəyə görə mağazadan rədd cavabı aldım.

Bu zaman mağazanın müdiriyyətinə "İstehlakçı hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununu xatırlatdım və göstərdikləri səbəbin əsassız olduğunu bildirdim. Onlar isə dedilər ki, hara istəyirsiniz, şikayət edə bilərsiniz. Bizdə qaydalar belədir. Məhsul alınan gündən etibarən qoruyucu üzlük və qoruyucu örtük taxılıb. Göstərilən səbəblər tamamilə uydurma və məhsulu geri götürməmək üçün irəli sürülən bəhanədən başqa bir şey deyil. Şirkətin qanunvericiliyimizə məhəl qoymamasını, istehlakçılara bu cür münasibətini nəzərə alsaq, "Kontakt Home"dan məhsul almaq istəyərkən iki və daha çox dəfə düşünmək və oradan heç bir şey almamaq lazımdır".

Əslində isə qanun nə deyir?

"İstehlakçı hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Resoublikasının qanunun 7-ci maddəsinin ("Qüsuru olan mal satılarkən istehlakçının hüquqları") 1-ci bəndində qeyd olunur ki, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir:

lazımi keyfiyyətli mala dəyişdirməyi;
satış qiymətini uyğun məbləğdə azaltmağı;
malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;
malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;
müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

2. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur.

3. İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir.

Qaynarinfo məsələ ilə əlaqədar "Kontakt Home”la əlaqə saxlayıb. Mağazanın əməkdaşı gün ərzində məsələyə aydınlıq gətiriləcəyini desə də, sorğumuza heç bir cavab verilməyib.
 
Ardını oxu...
Məsələnin hələdə aktuallığını nəzərə alaraq bir daha paylaşırıq.
AzadlıqRadiosunun saytında bir istifadəçinin «Nadir şah Borçalını Gəncə xanının əlindən alıb Gürcüstana bağışlayıb» fikrinə münasibət bildirən Cahangir Əfşar bunları söylədi:
«Məsələ belə olub. 1736-cı ildə Suqovuşanda keçirilən şah qurultayı zamanı Gəncə xanı – Ziyadoğlular Nadirin şah seçilməsinin əleyhinə çıxdı. Onlar deyirdilər ki, niyə adi kəndli oğlu bu boyda məmləkətin şahı olsun? Biz Səfəvilər sülaləsindən bir nəfəri şah seçə bilərik. Bu üzdən Nadir şah seçiləndən sonra Gəncə və Qarabağ xanlarını İranın şərq hissəsinə sürgün etdirir.
Borçalı Gəncə xanlığının tərkibində idi. O dövrdə Gürcüstan adlı dövlət yox idi – Kaxetiya-Kolxida vardı, onlar da Əfşarlar dövlətinin tərkibində idi, həm də Azərbaycan bəylərbəyiliyi ərazisində. Yəni həm Kaxetiya, həm Dağıstan, həm də indiki Ermənistan ərazisi Azərbaycan bəylərbəyiliyinə daxil idi. Nadir şah inzibati ərazini gürcülərə yox, gürcü xanlığına verib. Gürcü xanı isə Zöhrab xan idi. Zöhrab xan da türkəsilli idi».
irs_azerbaijan
 
 
 
Ardını oxu...
Hindistanın Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində azı 40 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.

Məlumata görə, Maççxu çayı üzərindəki Morbi körpüsünün üzərində 500-ə yaxın insan olub və hadisə də bu zaman baş verib. Körpü dağılıb. 100-dən çox insan su altında qalıb.

Xilasedicilər hazırda hadisə yerindədir.

Hadisə şahidləri tərəfindən lentə alınan videoda körpünün troslarında bir nəfərin asılı olduğu görünür. Digərləri özlərini xilas etmək üçün çaya atılıblar.
Ardını oxu...
İddiaya görə, həmin şəxs bir müddət əvvəl ADPU-nun xanım tələbələrindən birini oğurlayıb

Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Dillər Universitetinin (ADU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) yaxınlığında bir nəfərin tələbələrə yaxınlaşaraq pul istəməsi barədə görüntülər yayılıb.

İddiaya görə, həmin şəxs bir müddət əvvəl ADPU-nun xanım tələbələrindən birini oğurlayıb. Sonradan sərbəst buraxılan tələbə bir neçə gün sonra intihar edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılmış görüntülərdən məlumatlıdırlar. Hazırda araşdırma aparılır.
 
 
 

Ardını oxu...
Milli Məclisin bir çox üzvləri təkcə öz fəaliyyətləri ilə deyil, həm də övladlarının cəmiyyətdəki tutduqları mövqe və davranışları ilə tez-tez gündəmə gəlirlər. Nəzərə alaq ki, deputatlarımızın bəzilərinin övladları da dövlətdə yüksək postlar tuturlar.

Bununla bağlı Bizim.Media araşdırma aparıb. Həmin araşdırmanın nəticəsini təqdim edirik:

1. İsa Həbibbəyli. Həm də AMEA-nın prezidenti olan İsa müəlimin 2 oğlu, bir qızı var. Onların üçü də yüksək vəzifədə çalışır. Oğlu Səhət Həbibbəyli 2019-cu ildən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin olunub. O, gömrük xidməti general-leytenantı rütbəsini daşıyır. Digər oğlu Ərəstün Həbibbəyli Azərbaycan Respublikası Baş nazirinin Katibliyinin rəisi vəzifəsini və Birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi rütbəsini daşıyır. Qızı Günay Mənsimova Xırdalan şəhər 1 saylı Notariat Kontorunun rəisi vəzifəsini tutur.

2. Aqil Abbas. Onun oğlu Tuncay Abbasov Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantıdır.

3. Fəzail Ağamalı. Onun da 3 övladı var. Böyük övladı Yalçın İqtisadiyyat Nazirliyində işləyir. Digər övladı Elçinsə biznesmendir. Qızı Günay xanım da özəl sektorda çalışır. İş adamıdır.

4. Vahid Əhmədov. Onun öğlu Zəfər Əhmədov Qaradağ rayonunun prokurorudur.

5. Əhliman Əmiraslanov. Onun 2 övladı var. Tapdıq Əhliman oğlu Əmirasalanov Fövqəladə Hallar nazirinin müavinidir. Deputatın digər oğlu Azər Əmiraslanovsa daha çox biznes adamı kimi tanınır.

6. İmamverdi İsmayılov. Onun 3 övladı var. Böyük övladı, polis mayoru İlkin İsmayılov Sumqayıt Şəhər Yol polisinin imtahan-qeydiyyat şöbəsinin rəisidir.

7. Elman Məmmədov. Onun oğlu - polkovnik-leytenant Elşad Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisidir.
Ardını oxu...
İran SEPAH-ı hesab edir ki, Naxçıvan bu ölkənin «Qüds»üdür. İslam keşikçilərinin sözçüsü kimi çıxış edən bir jurnalistin dilə gətirdiyi bu fikirdən sonra cənub qonşumuzda Naxçıvan mövzusu əməlli-başlı gündəmə gəlib. Bir çox İran ideoloqları gecə-gündüz əlləşib-vuruşur, «Naxçıvanı necə müsəlmanlaşdırmaq» sualına cavab axtarırlar. Amma binəvalar yatsalar yuxularında belə görməzlər ki, Naxçıvan «xan»ının da İranla bağlı öz strategiyası var: İran kafirləşdirmək.
Niyə belə düşünürük?
İnanmayacaqsınız, Naxçıvanda artıq İran xristianları üçün «Halloween» bayramının keçirilməsinə qərar verilib. İranın bir çox xristian kanallarında açıq elan verilən «Halloween» bayramının sabah, 30 oktaybr tarixində keçirilməsi planlaşdırılır. Özü də harda? Naxçıvanın tam mərkəzində Təbriz hotelində.
Bəs «Halloween» bayramı nədir?
Maraqlıdır ki, bu bayrama «Balqabaq bayramı» da deyirlər. Bu adı alması, təbii ki, səbəbsiz deyil. «Halloween» (Hellouin) bayramının əsas artributu balqabaqdır. İnsanlar məhz bu gün balqabaqların içini ovub, içərisinə şam qoyur. Onlar hazırladıqları bir-birindən maraqlı balqabaq fiqurları ilə bayramı qeyd edirlər. Əsasən ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya kimi xristian ölkələrində keçirilən bu bayramın qədim kelt kültüründən gəldiyi düşünülür. "WorldBook” ensiklopediyasında qeyd olunur ki, "Hellouin" bayramının kökləri 2000 il bundan əvvələ gedib çıxır. Keltlər inanırdılar ki, «Hellouin» bayramı vaxtı ölülər xortlayb dirilərlə görüşə gəlirlər. Bu bayram zamanı keltlərin maska taxması da ölülərlə dirilərin fərqlənməməsi məqsədi daşıyıb.
Bir sözlə, tam bir küfr bayramıdır. Görünür, Vasif «xan» həzrətləri də İranın Naxçıvanla bağlı təxribatına bu bayramla cavab vermək istəyib. Yəni demək istəyib ki, siz bizi necə «müsəlmanlaşdırmaq» istəyirsinizsə, biz də sizi elə kafirləşdirəcəyik. Görək kimin ideoloji silahı daha effektiv olacaq.
Heydər Oğuz
Teref.az
 
 
 
Ardını oxu...
San Fransisko polis rəisi Bill Skott ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin həyat yoldaşı Pol Pelosiyə hücumla bağlı mətbuat konfransı keçirib.
Bakupost.az Anadolu Agentliyinə istinadən bildirir ki, yerli vaxtla saat 02:27-də Pelosinin evində insident baş verdiyi ilə bağlı xəbər aldıqlarını və dərhal hadisə yerinə getdiklərini bildirən Skott sözlərinə belə davam edib:
"Polis əməkdaşları hadisə yerinə gedəndə Paul Pelosi və yetkin bir kişi ilə qarşılaşıblar. Həm Pelosinin, həm də hücum edən şəxsin əlində çəkiclər olub. Daha sonra hücumçu çəkici Pelosinin əlindən alıb və onunla Pelosiyə vəhşicəsinə hücum edib. Polislər dərhal müdaxilə edərək hücumçunun əlindən çəkici alıblar və qollarını qandallayıblar. Hadisə yerinə təcili yardım çağırılıb”.
Skott hücum edən şəxsin kimliyini də açıqlayıb. Onun sözlərinə görə Pol Pelosiyə hücum edən şəxs 42 yaşlı Devid Depape olub.
Hadisə ilə bağlı təhqiqatı Federal Təhqiqat Bürosu (FTB) və Konqres Polis Departamenti ilə birlikdə apardıqlarını ifadə edən Skott hücumun motivinin hələ müəyyən edilmədiyini qeyd edib. Polis rəisi həbs edilən şəxsin adam öldürməyə cəhd, silahla hücum, yaşlı insanlara qarşı zorakılıq, soyğunçuluq və “bir neçə əlavə cinayət” ittihamı ilə üzləşəcəyini deyib.
Skott ailənin istəyinə uyğun olaraq 82 yaşlı Pol Pelosinin səhhəti ilə bağlı məlumat verməyib. Lakin ABŞ mediası xəstəxanadakı mənbələrə əsaslanaraq onun kəllə-beyin travması aldığını və beyin əməliyyatı keçirdiyini yazır.
Mətbuata danışan, adının açıqlanmasını istəməyən səlahiyyətlilər hücum edən şəxsin əsl hədəfinin Nensi Pelosi olduğunu bildiriblər. Onların sözlərinə görə həmin şəxs Pol Pelosinin əllərini bağlamağa çalışarkən qışqıraraq "İndi Nensini gözləyirik" deyib.
Qeyd edək ki, "San Francisco Chronicle" David Depape olduğu iddia edilən şəxsin fotosunu yayıb.
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti