Aİ-nin İrəvandakı “missiyası”: Arxasında hansı qüvvələr dayanır?
Avropa İttifaqının (Aİ) Mülki Monitorinq Missiyası bu gündən etibarən yeni mandat çərçivəsində Ermənistanda öz işini bərpa edəcək.

Bu barədə missiya “X”-dəki hesabında məlumat yayılıb.

“Biz bir daha təsdiq edirik ki, missiya regionda sülh və sabitliyə sadiq qalacaq və o, Ermənistan-Azərbaycan sərhədinin Ermənistan hissəsində patrul fəaliyyətini davam etdirəcək. Yeni mandat 20.02.2025-ci il tarixindən 19.02.2027-ci il tarixlərində qüvvədə olacaq”, - deyə məlumatda bildirilir.

Hərçənd ki, Avropa İttifaqının bu missiyası Azərbaycanla Ermənistan arasındakı şərti sərhəddə daha çox “binokl diplomatiyası” ilə məşğul olur. Əslində, onların bu fəaliyyəti birbaşa təxribat xarakteri daşıyır. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının getdiyi bir zamanda İrəvan hakimiyyəti tərəfindən bu addımın atılması onların başqa məqsədlərindən xəbər verir.

Milli Məclisin deputatı Elnarə Akimova “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Ermənistanın tərəfinin təşəbbüsü ilə Avropa İttifaqının Mülki Monitorinq Missiyasının müddətini uzadılması onların sülhdə maraqlı olmadığını göstərir:

“Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının aparıldığı bir zamanda bu addımın atılması qəbuledilməzdir. Nəzərə almaq lazımdır ki, dünyada müxtəlif geosiyasi proseslər gedir.

Daha öncə də dəfələrlə vurğuladığımız kimi, sülh müqaviləsi imzalamaq Azərbaycandan daha çox Ermənistana sərf edir. Çünki faktiki olaraq dalana dirənmiş vəziyyətdə olan Ermənistan üçün Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq həyati əhəmiyyət daşıyır. Lakin bütün bunlara baxmayaraq, rəsmi İrəvan hələ də prosesi uzatmaq üçün əlindən gələni edir”.

Millət vəkili qeyd edib ki, Ermənistanın düşünməli olduğu bir məqamda bu vasitəyə əl atması çox böyük təəssüf doğurur:

“Çünki şərti sərhəddə avropalı müşahidəçilərə qətiyyən ehtiyac yox idi.

Cənab Prezident İlham Əliyev də bir müddət əvvəl Belçika səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən diqqətə çatdırmışdı ki, “binokl diplomatiyası”na ehtiyac yoxdur. Dövlətimizin başçısı belə bir halın normal siyasi mədəniyyət standartlarından kənar olduğunu vurğulamışdı”.

Onun sözlərinə görə, yenidən bu məsələnin belə gündəmə gəlməsinin arxasında müəyyən qüvvələr dayanır:

“Düşünürəm ki, bu missiyanın müddətinin uzadılma məsələsinin arxasında müəyyən Qərb dairələri dayanır. Konkret olaraq, onların Azərbaycanafob dairələr və Ermənistanın havadarları olduğunu deyə bilərik. Həmin qüvvələrin məqsədi Cənubi Qafqazda sülh prosesinin qarşını almaq və təxribatlar törədərək xoatik vəziyyət yaratmaqdır.

İrəvan hakimiyyəti də hər dəfə bu və ya digər şəkildə sülh prosesini pozmağa çalışırlar. Bununla da danışıqların nəticə verməsini ləngidirlər.

Ümumiyyətlə, Ermənistanın hər dəfə kimlərinsə ətəyindən yapışmaq yolunu tutması doğru deyil. Sülh prosesi qaçılmazdır. Lakin Ermənistan hakimiyyətinin prosesi ləngitməsi onun özünə zərər verər”.

Bölmənin digər xəbərləri

14 Aprel 2025 Rusiyadan xəbərdarlıq: “Bu, ağrılı proses olacaq, o cümlədən Ermənistan əhalisi üçün”
14 Aprel 2025 Metyu Brayza artıq respublikaçılar arasında da Tramp əleyhinə səslərin qalxdığını vurğuladı...
14 Aprel 2025 “Bu dəmir yolu bizə milyardlar gətirəcək” - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 Aprel 2025 Andrey Sibiqa: Türkiyə ilə Ukraynanın təhlükəsizlik təminatında iştirakı müzakirə olunub
13 Aprel 2025 Ermənistanda növbədənkənar seçki nə vaxt və necə keçiriləcək? - AKTUAL
13 Aprel 2025 İran Omanda ABŞ-la danışıqların necə getdiyi barədə məlumat yayıb
13 Aprel 2025 Azərbaycanda ən çox viza bu ölkələrə verilib — SİYAHI
13 Aprel 2025 Tramp koqnitiv testdən keçdi
13 Aprel 2025 Putinin sadiq casusu – “Baron” geri döndü – FOTO
12 Aprel 2025 Yunanıstan Türkiyəni təhqir edən hərbçilərini cəzalandırdı
12 Aprel 2025 106 milyard dollar sərvəti var - Cəmi 1 faizini övladlarına verəcək
12 Aprel 2025 Trampın Əliyevə məktubundakı açar cümlə...
12 Aprel 2025 Trampın nümayəndəsi "Ukraynanın bölünməsi" planını açıqlayıb?
12 Aprel 2025 Trampdan "Möhtəşəm" Strateji Qərar
11 Aprel 2025 Üç paytaxtdakı anti-Azərbaycan təşkilatı
11 Aprel 2025 Bakı və İrəvan sülh sazişini bu şəhərdə imzalayacaq
11 Aprel 2025 imonyan: "Yəqin ki, Ermənistan birdəfəlik silinəcək"
11 Aprel 2025 Moskva Tehranı qoruyurmu, yoxsa Vaşinqtonla balans oyunu oynayır?
11 Aprel 2025 Axios: İran ABŞ-la müvəqqəti nüvə sazişi imzalamağı düşünür
11 Aprel 2025 Ermənistan prizmasından Iranla təlimlər siyasi mesaj xarakteri daşıya bilər - Ekspert danışır...

Dünyapress TV

Xəbər lenti