Brejnevin Kreml intriqaları – o, ən güclü rəqibini ən sadiq adamına çevirməyi bacarıb.
Ən yeni tarix. Maraqlı faktlar.

Leonid İliç Brejnevin hakimiyyəti dövründə gələcək varisin kim olması ilə bağlı Kremldə illərlə gizli mübarizələr gedib. Xüsusilə də 1975-ci ildə baş katibin səhhətində yaranan ciddi problemlər bu mübarizəni daha da qızışdırıb.
Əslində 1964-cü ildə Xruşovu devirdikdən sonra Brejnevi hakimiyyətə gətirən komanda onun müvəqqəti bir müddətdə lider olacağını düşünüblər. Çünki Brejnev Kremldə o qədər də ciddi bir fiqur kimi, müstəqil siyasət apara biləcək bir siyasətçi kimi qəbul olunmayıb.
Məhz həmin ərəfədə nəzərlər Mixail Suslova daha çox yönəlib. Stalin dövrünün yetirməsi olan Suslov ən təcrübəli siyasətçi olmaqla yanaşı, ən təmiz, heç bir qalmaqallı hadisədə adı hallanmayan və partiyaya ən sədaqətli şəxs sayılıb.
Bəlkə də elə buna görə bəzi Siyasi Büro üzvləri onun birinci şəxs olmasını istəməyiblər. Təbii ki, Suslov rejimində işləməyin çətinliyini, bəlkə də mümkünsüzlüyünü dərk ediblər.
Brejnev özü də Kremldəki siyasi atmosferi aydın hiss edib. Mövqelərini möhkəmlədə bilməyəcəyi halda taxtdan qısa bir müddətdə düşəcəyini anlayıb.
Bu məqsədlə də o, onu hakimiyyətə gətirən “güclüləri” sıradan çıxarmağa başlayıb. Amma Brejnev Suslova toxunmayıb, əksinə, səlahiyyətlərini daha da artırıb.
Maraqlıdır, niyə Brejnev Suslova daha çox səlahiyyət verib, niyə məhz onu partiya xətti ilə ikinci şəxsə çevirib?
Sözsüz ki, ilk növbədə Brejnev öz cəbhəsini gücləndirib, iddialı olmayan Suslov iddialı olan digər Siyasi Büro üzvləri üçün böyük maneəyə çevrilib.
Elə 1975-ci ildə varis məsələsi ortaya çıxanda Suslov bəyan edib ki, bu haqda danışmaq hələ tezdir. Həmin ərəfədə Aleksey Kosıginin adı varis kimi hallananda məhz Suslov çəkinmədən bu məsələyə sərt münasibətini bildirib:
“Hökumət öz işi ilə məşğul olmalıdır. Biz partiya rəhbəri seçkilərini müzakirə etməyi hələ ki, düşünmürük, Leonid İliç hələ uzun illər sədaqətlə partiyaya rəhbərliyini davam etdirəcək...”
İddialılar arasında Nikolay Podqornının da adı hallanıb.
Onun bu iddiasına isə daha maraqlı münasibət bildirilib. Marşal Ustinov Podqornıya çəkinmədən məsləhət verib:
“Nikolay Viktoroviç, siz əvvəlcə Brejnevə daşıdığınız kağızlardan üstünüzə hopan tozları təmizləyin, sonra yenə də öz xəyallarınıza qayıdarsınız...”
Siyasi Büro üzvləri DTK sədri kimi Yuri Andropovdan çəkiniblər və onun da iddialılar sırasında olduğunu zənn ediblər.
Amma Andropov bu məsələdə ehtiyatlı davranıb.
Belə ki, DTK şefi Kosıginin və Suslovun daha güclü rəqib olduğunu dərk edərək birincilik iddiasını büruzə verməyib və o, Brejnevi müdafiə edib.
Andropov məsələləri zamanın ixtiyarına buraxıb. Düşünüb ki, zaman özü həm Kosıgini, həm də Suslovu sıradan çıxaracaq. Ən azı ona görə ki, Andropov Suslovdan 12, Kosıgindən isə 10 yaş kiçik olub. Elə bu məqsədlə də Andropov sona qədər Brejnevi baş katib kürsüsündə hamıdan çox qoruyub və sonda da öz istəyinə nail olub.
Kəskin xəstəliyindən, 1975-ci ildən sonra hələ 7 il də öz kürsüsünü əldən verməyən Brejnev bütün bu pərdəarxası mübarizələrdən xəbərdar olub.
Baş katib qeyri-səmimi siyasətçilərin vəzifə ehtirasını yaxşı hiss edib. “Yumşaq” görünən Brejnev zaman-zaman sərt tədbirləini həyata keçirib, Kreml oyunlarına hakimlik etməyi bacarıb, rəqiblərini zərərsizləşdirə bilib.
Məsələn, Andropovun fəaliyyətini nəzarətdə saxlamaq üçün o, öz yaxın adamı olan Semyon Sviqunu DTK-a sədrinə birinci müavin təyin edib.
Güc strukturlarının birləşməməsi, qruplaşmaması üçün Brejnev Daxili İşlər Nazirliyi ilə Dövlət Təhlükəsizlik Komitələrini, onların rəhbərləri olan Şelokovla Andropovu böyük peşəkarlıqla üz-üzə qoyub, düşmən edib.
Kosıgini zərərsizləşdirmək üçün Brejnev hökumətə partiya nəzarətini gücləndirmək məqsədilə Mərkəzi Komitənin katiblərinin sayını artırıb.
Brejnev müttəfiq respublikaların birinci katiblərinə birbaşa onun özü ilə görüşmək imkanı yaradıb ki, bütün qərarların qəbulu baş katibdən gəlib.
Həmçinin respublikaların birinci katiblərinin fəaliyyəti haqqında informasiyalar almaq üçün baş katib qapılarını diyar və vilayət Partiya Komitələrinin birinci katibləri üçün açıq qoyub.
Leonid İliç Brejnevin Mərkəzi Komitədə ən çox inandığı adam isə Mixail Suslov olub.
Baş katib ona vəzifəsindən də artıq səlahiyyətlər verib. Ölkə üçün mühüm və vacib olan sənədlər Brejnevə təqdim olunanda, o, “görək Suslov bu məsələyə nə deyəcək” deyə, onunla məsləhətləşməyi vacib sayıb.
Beləliklə, Brejnev bu mübarizələrin içində düz 18 il SSRİ-nin sükanını saxlamağa nail olub.
İlhm Cəmiloğlu
 

Bölmənin digər xəbərləri

21 Noyabr 2024 Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
21 Noyabr 2024 Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi - Nələr baş verir?
21 Noyabr 2024 Avropa Komissiyasının yeni tərkibi - Təsdiqləndi
21 Noyabr 2024 “Qiyamət balığı” son bir əsrdə 22-ci dəfə göründü – Pis xəbərlərin əlamətidir
21 Noyabr 2024 Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
21 Noyabr 2024 FETÖ-nün gizli evlərinə basqın: Fətullah Gülənin əsas mühafizəçilərindən biri ələ keçdi
20 Noyabr 2024 Lavrov: Fransa Ukraynadakı münaqişədə birbaşa iştirak edir
20 Noyabr 2024 Şiddətli fırtına zamanı kruiz gəmisində “Titanik” musiqisi səsləndirildi
20 Noyabr 2024 Tiflisdən SON DƏQİQƏ: Çavçavadze prospektində etirazçılar aksiya keçirməyə davam edir - FOTO, VİDEO
20 Noyabr 2024 Braziliyada prezidentə sui-qəsd cəhdində şübhəli bilinən şəxslər saxlanılıblar
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid etdi
19 Noyabr 2024 “Freedom House”dən görünməmişhəyasızlıq - Bakıdan şillə kimi cavab
19 Noyabr 2024 Rusiya nümayəndəsinin BMT-dəki çıxışı: Vasiliy Nebenzya - “Ukrayna, İngiltərənin sülh sazişindən imtina etdirmə cəhdlərini uzun müddət unutmayacaq”
19 Noyabr 2024 Siyarto Leyen və Borrelli Ukrayna münaqişəsində uğursuzluğun əsas səbəbkarı kimi göstərib
19 Noyabr 2024 “Qazprom” “Forbes”in Rusiya şirkətləri reytinqinə başçılıq edir - Siyahı
19 Noyabr 2024 Almaniyadan viza qərarı: 1,3 milyon işçi çatışmazlığı var, yeni sistem tətbiq olunur
18 Noyabr 2024 Almaniyanın vitse-kansleri Azərbaycana gəldi
18 Noyabr 2024 Brejnevi qırıcıların hücumundan xilas edən pilot – Deputat, nazir, marşal olub, qəhrəman adı alıb.
18 Noyabr 2024 Tiflisdə müxalifət yürüş keçirib
18 Noyabr 2024 ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi

Dünyapress TV

Xəbər lenti