Zəngəzur dəhlizi: - “Kreml öz mövqeyində israrlıdır"
“Cənubi Qafqazda iqtisadi və nəqliyyat dəhlizlərinin qarşısının alınması yalnız Rusiyanın iştirakı ilə mümkündür”.

Bunu Rusiya Baş nazirinin müavini, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı Üçtərəfli İşçi Qrupun rusiyalı həmsədri Aleksey Overçuk bildirib.

Rusiya Baş nazirinin müavini bəyan edib ki, uzun müddətdir üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupun işində irəliləyiş yoxdur:

“Ermənistan rəsmi olaraq üçtərəfli Bəyanatdan geri çəkilməyib və imzasını da geri götürməyib. Lakin iki ildir baş nazirin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun yolunda demək olar ki, heç bir hərəkət yoxdur”.

Xatırladaq ki, 2021-ci il yanvarın 11-də Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Moskvada keçirilən görüşündə regional kommunikasiyaların bloklanmasına dair razılıq əldə olunub.

Üç ölkənin baş nazirinin müavinləri səviyyəsində işçi qrupu yaradılıb ki, bu qrup regionda nəqliyyat və iqtisadi əlaqələrin qurulması ilə məşğul olmalıdır.

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Rusiya öz mövqeyində israrlıdır:

“Rusiya Baş nazirinin müavini, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı Üçtərəfli İşçi Qrupun rusiyalı həmsədri Aleksey Overçukun bu bəyanatı, məhz Ermənistana və Zəngəzur dəhlizinin açılmasına əngəl olmağa çalışan qüvvələrə mesaj kimi dəyərləndirilməlidir.

Rusiyanın dövlət rəsmiləri bu kimi bəyanatlar səsləndirməklə onu deməyə çalışırlar ki, Ukrayna ilə müharibə nəticəsində Rusiyanın mövqeləri zəifləsə də, Kreml Cənubi Qafqazdan geri çəkilməyib və bu regionda təsir imkanlarını qorumaqdadır.

Proseslərin necə getməsindən asılı olmayaraq, Kreml 10 noyabr Bəyanatının 9-cu, sonuncu maddəsinə uyğun olaraq regionda kommunikasiyaların açılmasında və kommunikasiya xəttinə nəzarət etməkdə maraqlıdır.

2021-ci ilin yanvarın 11-də Azərbaycan, Ermənistan və Rusiya arasında növbəti üçtərəfli Bəyanatın imzalanmasından bəri kommunikasiyaların açılması istiqamətində çox işlər görülməli idi. Amma Rusiya regionda öz geosiyasi nüfuzunu və təsir gücünü qorumaq üçün prosesin gedişatını bilərəkdən yubadırdı. İndi isə bu, Rusiyanın əleyhinə çevrilib.

Buna baxmayaraq, bütün hallarda Rusiya bu vəziyyətdən çıxmağın yollarını axtarır. Bu yaxınlarda Rusiya Təhlükəsizlik Şurasının baş katibi Serqey Şoyqonun iki dəfə İrana səfəri təsadüfü ola bilməz. Çünki Şoyqu İran rəsmiləri ilə görüşündə Zəngəzur dəhlizi məsələni gündəmə gətirib və Moskvanın bu məsələdə mövqeyini diqqətə çatdırıb.

Eyni zamanda, Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə geçirilən iclasıda Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla ikitərəfli görüşdə Zəngəzur dəhlizi ilə bağlı məsələni müzakirə etməsi onu deməyə əsas verir ki, Kreml öz mövqeyində israrlıdır və dəhlizə nəzarət məsələsində güzəştə getmək niyyətində deyil. Hər halda yaxın gələcəkdə proseslərin hansı istiqamətə doğru gedəcəyinə şahidi olacağıq”.
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO

Dünyapress TV

Xəbər lenti