Hindistan Qərb ölkələrinin sanksiyaları altında olan Rusiyanın “Arctic LNG 2” layihəsi çərçivəsində hasil edilən mayeləşdirilmiş təbii qazı almayacaq.
“Reuters”-in məlumatına görə, bunu Hindistanın Neft naziri Pankaj Jain deyib.
"Biz “Arctic LNG 2”-dən qaz almayacağıq. Biz sanksiyaya məruz qalmış heç birmalı almırıq", - deyə nazir bildirib.
Rusiyanın “Novatek” şirkətinin “Arctic LNG 2” layihəsi Rusiyanın Ukrayna ilə müharibəsi səbəbindən Qərbin sanksiyaları altındadır. ABŞ, həmçinin “Arctic LNG 2” layihəsinin inkişafını və LNG daşımalarını dəstəkləyən şirkətlər də daxil olmaqla, Rusiyanın hərbi fəaliyyətlərini dəstəklədiklərinə görə yüzlərlə qurum və fiziki şəxsə sanksiya tətbiq edib.