Skandinaviya ədəbiyyatı professoru Elizabet Oksfeldt Norveçdə kitabları, televiziya proqramları və serialları təhlil edərək belə qənaətə gəlib ki, norveçlilər yaxşı yaşadıqları üçün özlərini günahkar hiss edirlər. Oksfeldtə görə bir çox imkanlı norveçli öz rahat həyatlarını xaricdə çətinliklərlə üzləşən insanlarınkı ilə müqayisə edərək bolluq içindəki, təminatlı yaşayışlarına görə utanırlar. Norveç dünyanın ən zəngin ölkələrindən biridir - ölkənin adambaşına düşən ÜDM-i ABŞ-dan, Böyük Britaniyadan demək olar ki, iki dəfə çoxdur. https://t.me/ibrahim_nebioglu TEREF